Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski bildirib ki, ölkənin müdafiə qüvvələri Rusiyanın Kursk və Belqorod vilayətlərində əvvəlki mövqeləri bərpa edib və hazırda həmin ərazilərin nəzarətdə saxlanılması davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə o, Ali Baş Komandanlıq Qərargahının iclasında çıxış edərkən danışıb.
Onun sözlərinə görə, sərhədboyu ərazilərdə Rusiya ordusunun böyük bir qruplaşması neytrallaşdırılır: “Düşmən orada rahatlıq tapmayacaq”.
Sırski bildirib ki, iclas zamanı Pokrovsk və Novopavlovsk istiqamətlərində düşmənin dərinliyə doğru irəliləməsinin qarşısının alınmasına və Dnepropetrovsk vilayətinin inzibati sərhədlərinə çıxmamasına xüsusi diqqət yetirilib.
Baş Komandan qeyd edib ki, ən gərgin bölgələrə Pokrovsk, Liman, Novopavlovsk və Şimal-Slobojan istiqamətləri daxildir:
“Bu bölgələrdə gün ərzində 188-ə qədər döyüş olub və Rusiya tərəfi minlərlə canlı qüvvə itirib”.
Bizim.Media