Moskvada hostel və ibadət evlərində qeyri-qanuni miqrantların aşkara çıxarılması məqsədilə reydlər keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Moskva üzrə İstintaq Komitəsi məlumat yayıb.
Yoxlamalar zamanı polis əməkdaşları 500-dən çox xarici vətəndaşı şəxsiyyətlərinin müəyyənləşdirilməsi və sənədlərinin yoxlanılması üçün bölmələrə aparıblar. Onlardan 30-dan çoxu Rusiya ərazisinə qanunsuz daxil olmaq və ya burada yaşamaq qaydalarını pozduqları üçün inzibati məsuliyyətə cəlb olunub və ölkədən çıxarılıblar.
Reyd zamanı həmçinin federal axtarışda olan bir xarici vətəndaş saxlanılıb.
Bizim.Media