Qadın sünnəti: 27 milyon qız TƏHLÜKƏDƏDİR

BMT-nin Əhali Fondu (UNFPA) və Uşaq Fondu (UNICEF) qadın sünnəti ilə bağlı 2024-cü il üzrə illik hesabatını açıqlayıb.

Bizim.Media xəbər verir ki, sənədə əsasən, bu günə qədər dünyada 230 milyondan çox qadın və qız sünnət edilib.

Təşkilatlar xəbərdarlıq edir ki, əgər bu istiqamətdə mübarizə sürətlənməzsə, 2030-cu ilə qədər daha 27 milyon qız qadın sünnəti riski ilə üz-üzə qalacaq.

“Qadın sünnəti sadəcə sağlamlıq problemi deyil, bu, insan hüquqlarının pozulmasıdır”, - hesabatda qeyd olunub.

Ən çox sünnət halları Afrikada qeydə alınır

Qadın sünnəti əsasən Afrika və Asiyanın bəzi ölkələrində geniş yayılıb. Qadınların sünnət edilməsi 144 milyonu Afrikada, 80 milyonu Asiyada, 6 milyondan çoxu isə Yaxın Şərqdə olmaqla ümumilikdə 94 ölkədə müşahidə olunur. Somali, Mali və Qvineya kimi ölkələrdə qadınların 90 faizindən çoxu bu zorakılığa məruz qalır.

Hesabatda qeyd edilir ki, bəzi ölkələrdə (Kenya, Efiopiya, Burkina Faso) son 30 ildə qadın sünnətinin yayılma səviyyəsi əhəmiyyətli dərəcədə azalsa da, bir çox ölkədə vəziyyət dəyişməyib. 

Hesabatda Qambiyada qadın sünnətinin qadağan olunmasını ləğv etməyə yönəlmiş təşəbbüsün parlament tərəfindən rədd edildiyi xüsusi qeyd olunub. Bu, yerli qadın təşkilatları və beynəlxalq qurumların uğurlu lobbiçiliyi sayəsində mümkün olub.

Somalidə isə bəzi bölgələrdə hüquqi çərçivə möhkəmlənsə də, ümumi mübarizə hələ də davam edir.

Hesabatda qadın sünnətinə qarşı mübarizədə fəallaşan qadınların hekayələri də yer alıb. Mali Respublikasında yaşayan Koko adlı ana danışır: “Altı yaşlı qızım sünnət zamanı qan itkisindən ölüm ayağında idi. O an başa düşdüm ki, bu, nə mədəniyyət, nə də adət deyil, bu, zorakılıqdır. İndi bu barədə susmuram. İstəyirəm başqa qızlar da xilas olsun”. (modern.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranda iki siyasi məhbus edam edildi

İranda iki siyasi məhbus edam edildi

Laçındakı çörək zavodundan REPORTAJ - VİDEO

Laçındakı çörək zavodundan REPORTAJ - VİDEO

Barselonada 1,5 milyona ev aldılar - FOTO

Barselonada 1,5 milyona ev aldılar - FOTO

Ukrayna dronları Putinin mətbuat katibi və köməkçisinin uçuşunu ləngitdi - VİDEO

Ukrayna dronları Putinin mətbuat katibi və köməkçisinin uçuşunu ləngitdi - VİDEO

“Karvan” daha bir futbolçu ilə müqavilə bağladı

“Karvan” daha bir futbolçu ilə müqavilə bağladı

Saç tökülməsinin inqilabi həlli: Dərman və ya saç əkimi tələb olunmur - FOTO

Saç tökülməsinin inqilabi həlli: Dərman və ya saç əkimi tələb olunmur - FOTO

Millimizin üzvü oynadı, komandası məğlub oldu

Millimizin üzvü oynadı, komandası məğlub oldu

Bu dron cəbhə xəttindən yaralı əsgərləri təxliyə edəcək

Bu dron cəbhə xəttindən yaralı əsgərləri təxliyə edəcək

"Yaşayan Nostradamus"dan yeni bədbin PROQNOZ

"Yaşayan Nostradamus"dan yeni bədbin PROQNOZ

Yapon qadınlarından ömür uzunluğuna görə yeni DÜNYA REKORDU

Yapon qadınlarından ömür uzunluğuna görə yeni DÜNYA REKORDU

Bakıda ortaaylıq əməkhaqqı artdı

Bakıda ortaaylıq əməkhaqqı artdı

Bu insanlara xəbərdarlıq: Sabah...

Bu insanlara xəbərdarlıq: Sabah...

Fransada meşə yanır - Əhali təxliyə edilir

Fransada meşə yanır - Əhali təxliyə edilir

MTK-larla provayderlər arasında QARŞIDURMA: Zəif internetin səbəbi AÇIQLANDI

MTK-larla provayderlər arasında QARŞIDURMA: Zəif internetin səbəbi AÇIQLANDI

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Arif Babayevin vəziyyəti açıqlandı

Arif Babayevin vəziyyəti açıqlandı

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

Masallıda da yanğın başladı - FOTO

Masallıda da yanğın başladı - FOTO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Yardımlıda möhtəşəm tapıntı: Daş qutu, küp və torpaq qəbir abidələri... - FOTO

Yardımlıda möhtəşəm tapıntı: Daş qutu, küp və torpaq qəbir abidələri... - FOTO

Şirvanlı çimərliyində antisanitariya: Zibil dənizə tökülür - FOTO

Şirvanlı çimərliyində antisanitariya: Zibil dənizə tökülür - FOTO

TƏBİB-dən toyda yıxılan gənclə bağlı AÇIQLAMA

TƏBİB-dən toyda yıxılan gənclə bağlı AÇIQLAMA

İran parlamentində telefondan istifadə qadağan edildi

İran parlamentində telefondan istifadə qadağan edildi

Qadınları ən çox dəli edən kişilər

Qadınları ən çox dəli edən kişilər

End of content

No more pages to load

RADİO