91 qadını öldürən, 14 il sonra tutulan manyakdan tükürpərdən ETİRAFLAR – FOTO

“Anqarsklı manyak” ləqəbli bu keçmiş polis işçisini öz həmkarları illərdir axtarıb. 14 il sonra qatili tutmaq mümkün olub. Son bir ildə isə onun tükürpədən cinayətlərinin sayı-hesabı tutulur. Hələ açılmayan cinayət işləri də var.

Hazırda bu cinayətkarın hesabında 88 cəsəd və üç adam öldürməyə cəhd var. Bu onu rus manyaklarından ən qanlısı edir. Anqarsk Şəhər Məhkəməsinə seriyalı qatil Mixail Popkova qarşı yeni iş üzrə materiallar daxil olub.

Hədəfi qadınlar olub

Bizim.Media Qazeta.ru-ya istinadən bildirir ki, əsasən baltayla “işləyən” qatilin hədəfi qadınlar olub.  

Şəhərdə bütün bu qətllərin bir nəfər tərəfindən törədildiyi versiyasını  ilk dəfə Rusiya Federasiyası Baş Prokurorluğunda mühüm işlər üzrə böyük müstəntiq Valeri Kostarev səsləndirib. O, qatilin hüquq-mühafizə orqanının əməkdaşı olduğunu da ehtimal edib. Bundan sonra bütün polis əməkdaşları dindirilib. 2011-ci ilin iyununda 48 yaşlı təqaüdçü Mixail Popkovun dindirilmək növbəsi gəlir. İdmançı, keçmiş polis zabiti – hamı onun haqqında məsuliyyətli, operativ və bilikli bir işçi kimi danışırdı.

Təqaüdə çıxdıqdan sonra taksi sürüb, qəbir qazıb, Vladivostokdan Anqarska sifarişlər aparıb-gətirib. Yəni “başını aşağı salıb” işiylə məşğul olub. Qohum-qonşuda ondan narazı qalan olmayıb.


Müstəntiqlərin səhvi onu əsəbləşdirib


Popkov Vladivostokda saxlanılıb. Müstəntiqlərin xatırlatdığı kimi, o qədər təmkinli, səlis danışığı vardı ki, özü etiraf etməsəydi, heç kim onun cinayətkar olduğunu anlamazdı. Etirafına isə sırf müstəntiqlərin yanlışından qıcıqlanması səbəb olub. Onu idarəyə gətirəndə divarda iddia edilən cinayətlərinin yerlərini göstərən xəritə varmış. O, bir neçə saniyə səssizcə baxıb, sonra işarələrdən birini göstərərək deyib: “burda səhv etmisiniz, onu sol tərəfdə öldürdüm”.
 

Sonrakı bir neçə il ərzində müstəntiqlər Mixail Popkovun “nazıyla oynayıblar”. Qatil ancaq sübuta yetirilmiş cinayət işləri haqqında danışmağa razılıq verib. Yəni “əziyyət çəkib tapın, mən də danışım”.


Qadınlar bilmədən öz ölüm əmrini imzalayırdılar

İtirəcək heç nəyi olmayan Popkov buna görə peşmançılıq hissi keçirmirdi və özünü “təmizləyici” hesab edirdi. Çox vaxt qurbanları taksi sürərək axtarırmış. Söhbət əsnasında qadın sərnişinin ünsiyyətcil olduğu ortaya çıxarsa, ona içki təklif edirmiş.

Razılaşan qadın öz ölüm əmrini imzalamış olurdu. Cinsi əlaqədən sonra Popkov hər yeni qurbanını vəhşicəsinə qətlə yetirirmiş. Əsasən baltayla daha rahat, əziyyət çəkmədən öldürdüyünü deyirdi. Əl altında baltası olmayanda maşınındakı kürək, çəkic, yəni əlinə nə keçsə, işinə yarayırdı.

Hərtərəfli məhkəmə psixoloji-psixiatrik ekspertizası onun tam sağlam olduğunu müəyyən edib. Yəni Popkov bunların hamısını anlaqlı vəziyyətdə edib. İstintaq zamanı rəy verən psixiatrlar bunun xəstəlik deyil, xarakter patologiyası olduğunu bildiriblər.

Qeyd edək ki, Mixail Popkov iki dəfə ömürlük həbs cəzasına məhkum edilmiş yeganə rusiyalıdır.

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AZAL təyyarəsini vuran rusiyalı kapitanın ŞOK SƏSYAZISI

AZAL təyyarəsini vuran rusiyalı kapitanın ŞOK SƏSYAZISI

Şəxsiyyət vəsiqəsinin fotosunu “WhatsApp”la göndərənlərə XƏBƏRDARLIQ

Şəxsiyyət vəsiqəsinin fotosunu “WhatsApp”la göndərənlərə XƏBƏRDARLIQ

Günel Rəqsanəyə od püskürdü: “Get balonunu bağla!” - VİDEO

Günel Rəqsanəyə od püskürdü: “Get balonunu bağla!” - VİDEO

SON DƏQİQƏ: Türkiyədə 7 azərbaycanlı dənizçi gəmidə aclıq və susuzluq içində kömək gözləyir - FOTO

SON DƏQİQƏ: Türkiyədə 7 azərbaycanlı dənizçi gəmidə aclıq və susuzluq içində kömək gözləyir - FOTO

Azərbaycan-Fransa oyunu bu stadionda KEÇİRİLƏCƏK

Azərbaycan-Fransa oyunu bu stadionda KEÇİRİLƏCƏK

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda – FOTO

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda – FOTO

Bu qida mədənin dostudur

Bu qida mədənin dostudur

Aptekdən oğurluq edən şəxs tutuldu - FOTO

Aptekdən oğurluq edən şəxs tutuldu - FOTO

37 ildən sonra qayıdır: Burak Özçiviti əvəz edəcək – FOTO

37 ildən sonra qayıdır: Burak Özçiviti əvəz edəcək – FOTO

Dəhliz tamamlansa, sensasiya olacaq - Pezeşkian

Dəhliz tamamlansa, sensasiya olacaq - Pezeşkian

Sabah 40 dərəcə isti olacaq – PROQNOZ

Sabah 40 dərəcə isti olacaq – PROQNOZ

Xudat şəhərində ilk dəfə şaftalı festivalı keçiriləcək - ÖZƏL/FOTO

Xudat şəhərində ilk dəfə şaftalı festivalı keçiriləcək - ÖZƏL/FOTO

Ballıca kəndinə daha 62 nəfər köçürüldü - FOTO

Ballıca kəndinə daha 62 nəfər köçürüldü - FOTO

Natiq Qasımovun qardaşı: “Anam son nəfəsində “Balama qovuşacağam” dedi” – FOTO/VİDEO

Natiq Qasımovun qardaşı: “Anam son nəfəsində “Balama qovuşacağam” dedi” – FOTO/VİDEO

Hindistanda dələduz həmvətənlərini Azərbaycanda iş vədi ilə aldadıb

Hindistanda dələduz həmvətənlərini Azərbaycanda iş vədi ilə aldadıb

Bakıda tutulub Türkiyəyə GÖNDƏRİLDİ – AXTARIŞDA OLUB

Bakıda tutulub Türkiyəyə GÖNDƏRİLDİ – AXTARIŞDA OLUB

Tramp 5 regionu Putinə təklif etdi – Maynl-Rayzinger

Tramp 5 regionu Putinə təklif etdi – Maynl-Rayzinger

Sumqayıtın mərkəzi parkında çayxanaların fəaliyyəti QADAĞAN EDİLİB? – FOTO/VİDEO

Sumqayıtın mərkəzi parkında çayxanaların fəaliyyəti QADAĞAN EDİLİB? – FOTO/VİDEO

Pirşağı çimərliyində atlar dənizə salındı – VİDEO

Pirşağı çimərliyində atlar dənizə salındı – VİDEO

Şəmkirdə 53 yaşlı kişi qardaşı oğlunu BIÇAQLADI

Şəmkirdə 53 yaşlı kişi qardaşı oğlunu BIÇAQLADI

İnsan fəaliyyətinin fəsadları: Yer üzündə yeni "fəsillər" yaranıb

İnsan fəaliyyətinin fəsadları: Yer üzündə yeni "fəsillər" yaranıb

Sosial ödəniş alanlara ŞAD XƏBƏR!

Sosial ödəniş alanlara ŞAD XƏBƏR!

Castin Timberleyk Bakını "fəth etdi": Olimpiya stadionunda anşlaq, superhitlər – VİDEO

Castin Timberleyk Bakını "fəth etdi": Olimpiya stadionunda anşlaq, superhitlər – VİDEO

Bakıda məsciddəki qətllə bağlı cinayət işi AÇILDI

Bakıda məsciddəki qətllə bağlı cinayət işi AÇILDI

End of content

No more pages to load

RADİO