Bu gün işdən çıxarılan Rusiyanın nəqliyyat naziri Roman Starovoyt intihar edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
İlkin məlumata görə, o, özünü güllələyib. Bəzi mənbələr onun meyitinin şəxsi avtomobildə tapıldığını yazıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin bu gün imzaladığı fərmanla Roman Starovoyt Rusiya Federasiyasının nəqliyyat naziri vəzifəsindən azad edilib.
Starovoyt nəqliyyat naziri vəzifəsində 2024-cü ilin may ayından çalışırdı. Buna qədər isə o, Kursk vilayətinin qubernatoru vəzifəsini tutub.
Bəzi mənbələr Starovoytun Myakinino kəndindəki evində intihar etdiyini, digər mənbələr isə onun meyitinin şəxsi avtomobilində tapıldığını yazıb.
Bizim.Media