Moskvanın Vnukovo hava limanından qalxan Rusiya hökumətinin təyyarəsi Bakıda eniş etməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat teleqram kanallarında yayılıb.
Məlumata görə, təyyarədə Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov var. Onun Azərbaycan tərəfi ilə ikitərəfli münasibətlərin nizamlanmasına dair qeyri-rəsmi danışıqlar aparacağı bildirilir.
Qeyd edək ki, dünən Rusiya mətbuatı Azərbaycanla danışıqlar üçün Moskvada nümayəndə heyəti hazırlandığı barədə məlumat yaymışdı.
Bizim.Media