“Qiyamət stansiyası” kimi tanınan və illərdir fəaliyyət göstərən sirli UVB-76 (və ya “The Buzzer”) radiostansiyası iyulun 7-də yeni bir kodlaşdırılmış mesaj yayımlayıb.
Bizim.Media xəbər verir ki, Moskva vaxtı ilə saat 10:57-də yayımlanan mesaj belə səslənib:
“NZhTI 11655 maltose 7813 5427”
Bu mesajın konkret mənası məlum olmasa da, UVB-76 illərdir hərbi və strateji rabitə ilə bağlı spekulyasiyalar doğurur. Onun "qiyamət stansiyası" adlandırılmasının səbəbi isə müharibə və ya fövqəladə hallar zamanı fasiləsiz fəaliyyət göstərməsi ilə əlaqələndirilir.
UVB-76-nın yeni mesajı, Tramp və Putin arasında planlaşdırılan telefon danışığından bir neçə gün sonra baş verib. Qeyd edək ki, stansiya bu cür danışıqlardan öncə də mesajlar yayımlayıb.
Eyni zamanda, “The National” nəşri xəbər verib ki, ABŞ prezidenti Donald Tramp iyulun 7-də Qəzza zolağında atəşkəs elan edə bilər. Danışıqlar Qətərdə davam edir və İsrail–Həmas arasında razılaşma əldə olunacağı təqdirdə atəşkəs gözlənilir. (News24.az)
Bizim.Media