Almaniyanın Münhen şəhərində azərbaycanlı tələbə Kənan Camal oğlu Səfərov yaşadığı evdə ölü tapılıb.
Bizim.Media xəbər verir ki, Almaniyada yaşayan Azərbaycan vətəndaşı Mirnatiq Mirsultanov APA-ya açıqlamasında deyib ki, birinci kursda oxuyan Kənan Səfərov 6 aydır Almaniyaya gəlib və həm təhsil alıb, həm də diş həkimi köməkçisi kimi çalışıb.
O, iyulun 5-də işə getmədiyi üçün yaşadığı ünvana adam göndərilib, qapını döysələr də, açan olmayıb, mənzilə pəncərədən daxil olublar və döşəmənin üzərində Kənan Səfərovun meyitini aşkarlayıblar.
Bizim.Media