Rusiyanın hərbi qüvvələri 7 iyul gecəsi Odessaya dron zərbələri endirib. Hücum nəticəsində bir nəfər həlak olub, müxtəlif obyektlərdə dağıntılar baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Odessa vilayət administrasiyasının rəhbəri Oleq Kiper yayıb.
Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemlərinin aktiv işləməsinə baxmayaraq, şəhərdə dağıntılar və mülki infrastruktura zərər dəyib, xüsusilə, texniki xidmət stansiyası və minik avtomobilləri zədələnib.
“Zərbə nəticəsində tikilməkdə olan binanın yaxınlığında mühafizəçilər üçün nəzərdə tutulan otaqda yanğın baş verib. Təəssüf ki, bir mühafizəçi həyatını itirib,” – deyə Kiper bildirib.
Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin regional idarəsinin məlumatına əsasən, gecə hücumu zamanı Odessada 10 qaraj, texniki xidmət stansiyasındakı inzibati bina, tikinti vaqonları dağılıb.
Yanğın nəticəsində minik və yük avtomobilləri, eləcə də bir avtobus məhv olub.
Bizim.Media