Rusiya Silahlı Qüvvələri Sumi şəhərinə nəzarət əldə etməyə çox yaxındır.
Bizim.Media xəbər verir ki, bu barədə “The Economist” məlumat yayıb.
Nəşrin yazdığına görə, cəbhə xəttində vəziyyət Ukrayna ordusunun xeyrinə inkişaf etmir.
Rusiya qoşunları inamla irəliləyir və bu, Ukrayna Silahlı Qüvvələri (USQ) üçün ciddi çətinliklər yaradır.
“The Economist” qeyd edir ki, bundan əvvəl Sumı vilayətinin Yunakovka rayonu ərazisində Ukrayna Silahlı Qüvvələrinin 95-ci ayrı desant-hücum briqadasının 13-cü batalyonunun 2-ci rotası demək olar ki, tamamilə məhv edilmişdi. Bu barədə Rusiya güc strukturlarının nümayəndələri məlumat verib.
“Ukrayna komandanlığı Sumi istiqamətində itirilmiş mövqeləri geri qaytarmağa çalışır, bölgəyə hücum qrupları göndərərək əks-hücumlar həyata keçirir. Lakin Rusiya ordusunun "Şimal" qruplaşması bu hücumların qarşısını uğurla alır”, – deyə Rusiya hərbi mənbələri bildirir.
Bizim.Media