Rusiyanın tanınmış yazıçısı, siyasətçi və ictimai xadim Zaxar Prilepin ruslarla ukraynalılar arasındakı münasibətlərə və xalqlar arasında mövcud olan uçurumun aradan qaldırılması yollarına dair fikirlərini bölüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə o, KP.RU portalına danışıb.
"Çeçenlərlə alındı. Onlarla bizim, bizimlə onların münasibətləri düzəldi", – deyə Prilepin bildirib.
Tarixdən misallar çəkən yazıçı qeyd edib ki, Rusiya hər zaman müxtəlif xalqlarla münasibətləri bərpa etməyin yollarını tapıb.
Onun fikrincə, ukraynalılarla indiki vəziyyət ölkə üçün unikal deyil:
"Vaxtilə Kazan ordası, Sibir ordası, Həştərxan ordası, daha sonra isə Krım ordası ilə də münasibətlər qurulmuşdu", – deyə siyasətçi vurğulayıb.
Prilepin hesab edir ki, münasibətlərin bərpası yalnız Rusiya qələbə qazandıqda mümkündür, əks halda, ölkə yeni və ciddi təhlükələrlə üz-üzə qala bilər.
"Əgər qələbə qazanmasaq, polyaklarlarla yanaşı bizimlə hər zaman sonadək döyüşməyə hazır olan yeni qonşu peyda olacaq", – deyə Prilepin xəbərdarlıq edib.
Xatırladaq ki, Rusiya üçün "qələbə" Kiyev rejimini dəyişmək, Ukraynanın NATO-dan tamamilə imtinasına nail olmaq, Donbas və Krımı tam qanuni şəkildə Rusiyaya birləşdirməkdir.
Lakin bu məqsədlərə çatmaq ABŞ-ın mövcud geosiyasi strategiyasına ziddir. Bu səbəbdən də ABŞ Rusiyanın qalib gəlməsini, eyni zamanda Ukraynanın tam çöküşünü istəmir.
Beləliklə, bu münaqişə, daha çox Amerika və Rusiya arasında dolayı qarşıdurma formasını alıb və nəticəsi birbaşa döyüş meydanında deyil, uzunmüddətli zəifləmə və tükənmə strategiyaları ilə müəyyən ediləcək.
Bizim.Media