Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Sırski Xarkov vilayətində Rusiyanın yeni hücumunun mümkünlüyü barədə xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Ruslar say üstünlüyü ilə təzyiq göstərməyə çalışırlar, lakin biz buna hazır olmalı, onların irəliləməsinə imkan verməmək üçün müvafiq taktiki və texnoloji həllər tətbiq etməliyik”, - deyə o bildirib.
Agentliyin qeyd etdiyinə görə, son aylarda Rusiya qüvvələri artıq Ukraynanın şimalında yerləşən Sumı vilayətinə daxil olub və orada kiçik bir mövqe tutaraq möhkəmləniblər.
Bizim.Media