Azərbaycanlı müğənni Albina Pyakşevanın ABŞ-də qətlə yetirilməsi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva öz “Facebook” səhifəsində məlumat yayıb.
“Əzizlərim, yeni bir xəbər aldım. Albina sağdır. Dünəndən etibarən şəbəkələrdə dezinformasiyalar gedir. Bunun hansı məqsədlə edildiyini bilmirəm, amma Albinaya ən yaxşısını arzulayıram və çox şadam ki, bütün bunlar sadəcə kiminsə səhvi və ya qəsdən etdiyi hərəkətlər oldu”, - L. Əfəndiyeva qeyd edib.
Qeyd edək ki, daha əvvəlki paylaşımda Pyakşevanın ABŞ və Meksika sərhədindəki nəzarət-buraxılış məntəqəsini keçməyə cəhd edərkən qətlə yetirildiyi qeyd edilmişdi.
***19:16
Azərbaycanlı müğənni Albina Pyakşeva ABŞ-də qətlə yetirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva öz “Facebook” səhifəsində məlumat verib.
“Müğənni Albina Pyakşeva (1993-cü il təvəllüdlü) ABŞ və Meksika sərhədindəki nəzarət-buraxılış məntəqəsini keçməyə cəhd edərkən qətlə yetirilib”, – deyə paylaşımda bildirilib.
Pyakşeva Bakı Caz Festivalı çərçivəsində keçirilən “I am Jazzman” gənc ifaçılar müsabiqəsinin finalçısı olub, həmçinin “Səs Azərbaycan” layihəsində iştirak edib.
Bizim.Media