“Türkiyə Trampın prezidentlik müddəti ərzində F-35 təyyarələrinin tədricən təhvil veriləcəyinə ümid edir”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.
“F-35-lər ilk növbədə bizim öz təhlükəsizliyimiz üçün vacibdir. F-35 məsələsi bizim üçün təkcə hərbi texnologiyaların əldə olunması məsələsi deyil, bu, eyni zamanda, xüsusilə NATO kimi beynəlxalq platformalarda möhkəm tərəfdaşlıq məsələsidir.
Biz bu mövzunu öz aramızda müzakirə etdik, inkişafı izləyirik. Hesab edirəm ki, cənab Tramp əldə etdiyimiz razılaşmalara sadiq qalacaq. Düşünürəm ki, F-35-lərin Türkiyəyə tədricən təhvil verilməsi onun prezidentlik müddəti ərzində baş tutacaq”, - Türkiyə lideri deyib.
Bizim.Media