Qadınlar fit bədən quruluşuna malik kişilərdən daha çox dolubədənli (orta və bir qədər artıq çəkili) kişiləri daha cəlbedici hesab edirlər.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, çinli alimlərin araşdırması bu nəticəni ortaya çıxarıb.
Eksperiment zamanı müxtəlif ölkələrdən olan 283 qadın iştirakçıya 15 fərqli bədən quruluşuna malik kişilərin qara-ağ fotoları təqdim edilib.
Şəkillərdəki şəxslərin üzləri göstərilməyib və qadınlardan bu kişiləri cazibədarlıq səviyyəsinə görə qiymətləndirmələri xahiş olunub.
Nəticələrə əsasən, ən çox bəyənilən kişilər bədən kütlə indeksi (BKİ) 23 ilə 37 arasında olan şəxslər olub. Belə ki, araşdırmada çinli qadınlar BKİ-si 23.4, litvalılar 23, britaniyalı qadınlar isə BKİ-si 26.6 olan kişiləri daha cazibədar hesab ediblər.
Alimlərin fikrincə, qadınlar bədəndə olan müəyyən miqdarda piy toxumasının yüksək testosteron səviyyəsi ilə bağlı olduğunu düşünürlər. Bu isə şüuraltı şəkildə kişilərdə möhkəmlik, etibarlılıq və yetkinlik kimi xüsusiyyətlərin olması ilə əlaqələndirilir.
Qərb alimlərinin fikrincə isə stresli dönəmlərdə qadınlar daha çox kök kişiləri cəlbedici hesab edirlər.
Qeyd edək ki, kişilər üçün normal BKİ 18.5–24.9 arasında hesab olunur.
Bizim.Media