İran hakimiyyəti ölkənin əksər hava limanlarının fəaliyyətini bərpa edib və ölkə üzərindən keçən hava məkanını yenidən açıb.
Bizim.Media xəbər verir ki, bu barədə İran İslam Respublikasının Mülki Aviasiya Təşkilatının bəyanatında deyilir.
“Mehrabad və İmam Xomeyni adına hava limanları, eləcə də ölkənin şimal, şərq, qərb və cənub bölgələrində yerləşən hava limanları yenidən fəaliyyətə başlayıb və bütün xidmət dövrünü təmin etməyə hazırdır”, — bəyanatda qeyd edilib.
Qeyd olunur ki, İsfahan və Təbriz hava limanları istisna olmaqla, ölkədəki bütün hava limanlarında daxili və beynəlxalq reyslər həyata keçiriləcək. Həmin iki hava limanı isə infrastruktur tam hazır olduqdan sonra yaxın zamanda açılacaq.
Bizim.Media