“Taliban” 2021-ci ildə hakimiyyətə gəldikdən sonra təsdiq edilmiş Əfqanıstan İslam Əmirliyinin dövlət bayrağı ilk dəfə Moskvadakı səfirlik binasının üzərindən asılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bayraq üzərində Allahın təkliyinə şəhadət və Məhəmməd peyğəmbərin missiyasına inam bildirən kəlmeyi-şəhadət ağ kətan üzərində qara mürəkkəblə yazılıb.
Qeyd edək ki, bu vaxta qədər respublikanın qara, qırmızı və yaşıl rəngli bayrağı Moskvadakı səfirliyin binasında asılıb.
Bizim.Media