Avropanın təmin edə bilmədiyi müəyyən imkanlar var, xüsusilə də “Patriot” zenit-raket kompleksləri üçün raketlər. Bu məsələ ilə bağlı sabah və ya yaxın günlərdə ABŞ Prezidenti ilə danışacağıma ümid edirəm. Ukrayna ABŞ-ın dəstəyinin davam edəcəyinə ümid edir”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Danimarkada keçirilən brifinq zamanı bəyan edib.
Xatırladaq ki, tədarüklərin dayandırılması səbəbindən Ukrayna artıq təhvil verilməyə hazır olan “Patriot” raketlərini, 155 mm-lik haubitsa mərmilərini, “Hellfire” raketlərini, 250-dən çox yüksək dəqiqlikli GMLRS reaktiv sistemlərini, eləcə də “Stinger”, AIM raketlərini və qumbaraatanları ala bilməyib.
Bizim.Media