Rusiya Silahlı Qüvvələri Odessanın liman infrastrukturuna ballistik kasetli raketlə zərbə endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper telemarafon zamanı məlumat verib.
Onun sözlərinə görə, zərbə nəticəsində iki nəfər həlak olub, daha üç nəfər isə yaralanıb.
"Hadisə yerində axtarış-xilasetmə və istintaq tədbirləri davam etdirilir", - deyə Kiper əlavə edib.
Bizim.Media