Portuqaliya yığmasının və “Liverpul”un 28 yaşlı futbolçusu Dieqo Jotanın həyatını itirdiyi yol qəzasının görüntüləri yayılıb.
MÖVZU İLƏ BAĞLI:
Məşhur futbolçu faciəli şəkildə dünyasını dəyişdi
Bizim.Media xəbər verir ki, videoda qəza zamanı aşdıqdan sonra yanmış avtomobilin görüntüləri əks olunub.
Məlumata görə, qəza Dieqo Jotanın “Lamborghini” markalı avtomobilinin təkərinin partlaması nəticəsində baş verib. Belə ki, “Lamborghini” digər avtomobili ötmək istəyərkən təkəri partlayıb.
Nəticədə yoldan çıxaraq aşan maşın alışıb. Dieqo Jota və qardaşı maşından çıxa bilməyib və həyatlarını itiriblər.
Qeyd edək ki, qəza İspaniyanın Zamora bölgəsində baş verib.
Dieqo Jotanın olduğu avtomobilin aşaraq alovlanması nəticəsində futbolçu ilə bərabər 26 yaşlı qardaşı Andre de Silva da həlak olub.
Bizim.Media