Şimali Koreya Ukraynada ölən əsgərlərini DƏFN ETDİ

KXDR-in mərkəzi televiziyası Ukraynadakı döyüşlərdə həlak olan Şimali Koreya əsgərlərinin dəfn mərasimini nümayiş etdirilib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, görüntülər Rusiya ilə tərəfdaşlığın ildönümünə həsr olunmuş konsert zamanı yayımlanıb.

Kim Çen In milli bayraqlarla örtülmüş tabutların yanında dayanıb.

Cənubi Koreyanın “Yonhap” xəbər agentliyinin məlumatına görə, Rusiya ilə “hərtərəfli strateji tərəfdaşlıq” haqqında sazişin bağlanmasının ildönümünə həsr olunmuş konsertdə Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova da iştirak edib. Tamaşaçılara Şimali Koreya və Rusiya hərbçilərinin döyüş əməliyyatları bölgəsində birgə görüntüləri də nümayiş etdirilib.
 

Cənubi Koreya kəşfiyyatı qeyd edir ki, KXDR hərbi əməliyyatlar nəticəsində 600-ə yaxın itki verib, lakin konsert zamanı itkilərin dəqiq rəqəmləri açıqlanmayıb. Eyni zamanda, kəşfiyyat xidmətlərinin nümayəndələri və bir sıra Qərb mənbələri 2025-ci ilin yanvar-mart ayları arasında Şimali Koreyanın itkilərinin 4700 ölü və yaralı olduğunu iddia edir.


“Yonhap”ın xəbərinə görə, dövlət televiziyası da ilk dəfə olaraq Kim Çen Inın Kursk bölgəsini “azad etmək” üçün hərbi planları təsdiqlədiyi anı nümayiş etdirib. Onun əməliyyatlarda strateji iştirakının təsdiqi kimi 22 oktyabr, 12 və 22 dekabr 2024-cü il tarixlərində çəkilişlər göstərilib.

ABŞ, Cənubi Koreya və Ukrayna rəsmiləri daha əvvəl Şimali Koreyanın payızda Rusiyaya 10-12 min əsgər göndərdiyini iddia edib. Mart ayında Cənubi Koreya ordusu KXDR-in bu ilin əvvəlində Rusiyaya əlavə 3000 əsgər göndərdiyini bildirib. İddialara görə, Rusiya təzminat olaraq Şimali Koreyaya hava hücumundan müdafiə sistemləri, elektron müharibə avadanlığı, pilotsuz uçuş aparatları və kəşfiyyat peyklərinin orbitə buraxılması üzrə texnologiya verib. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimiz Belarusa UDUZDU

Millimiz Belarusa UDUZDU

“Sputnik Azərbaycan”nın saxlanılan əməkdaşları Ukraynanın "Mirotvorets" məlumat bazasına DAXİL EDİLDİLƏR

“Sputnik Azərbaycan”nın saxlanılan əməkdaşları Ukraynanın "Mirotvorets" məlumat bazasına DAXİL EDİLDİLƏR

Anasını öldürən 15 yaşlı oğul SAXLANILDI - ÖZƏL/FOTO

Anasını öldürən 15 yaşlı oğul SAXLANILDI - ÖZƏL/FOTO

Azərbaycan və Özbəkistan arasında parlamentlərarası əməkdaşlığın inkişafı üzrə "yol xəritəsi" İMZALANDI

Azərbaycan və Özbəkistan arasında parlamentlərarası əməkdaşlığın inkişafı üzrə "yol xəritəsi" İMZALANDI

Bu gün onların günüdür – Bakı kəndlərinin qeyri-adi ADƏTLƏRİ – ARAŞDIRMA

Bu gün onların günüdür – Bakı kəndlərinin qeyri-adi ADƏTLƏRİ – ARAŞDIRMA

Beyləqandakı qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Beyləqandakı qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Vardanyan yenidən HAKİM QARŞISINDA - FOTO

Vardanyan yenidən HAKİM QARŞISINDA - FOTO

Bakıda yaxın vaxtlarda Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclası KEÇİRİLƏCƏK

Bakıda yaxın vaxtlarda Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclası KEÇİRİLƏCƏK

Beyləqanda QƏZA: İki nəfər xəsarət aldı

Beyləqanda QƏZA: İki nəfər xəsarət aldı

Bilgəh Kardioloji Sanatoriyasında SON VƏZİYYƏT - FOTO

Bilgəh Kardioloji Sanatoriyasında SON VƏZİYYƏT - FOTO

Xaçmazda AİLƏ FACİƏSİ: Oğul anasını öldürdü - ÖZƏL

Xaçmazda AİLƏ FACİƏSİ: Oğul anasını öldürdü - ÖZƏL

DİQQƏT: Hava ilə bağlı XƏBƏRDARLIQ VERİLDİ

DİQQƏT: Hava ilə bağlı XƏBƏRDARLIQ VERİLDİ

USAID bağlandı

USAID bağlandı

Zelenski Səfərov qardaşlarının qətli ilə bağlı Azərbaycan xalqına BAŞSAĞLIĞI VERDİ

Zelenski Səfərov qardaşlarının qətli ilə bağlı Azərbaycan xalqına BAŞSAĞLIĞI VERDİ

Zelenski İlham Əliyevə ZƏNG ETDİ

Zelenski İlham Əliyevə ZƏNG ETDİ

İranda SEPAH qüvvələri qadınlara hücum etdilər - VİDEO

İranda SEPAH qüvvələri qadınlara hücum etdilər - VİDEO

Yekaterinburqda saxlanılan Əhliman Gənciyevin həbs müddəti UZADILDI

Yekaterinburqda saxlanılan Əhliman Gənciyevin həbs müddəti UZADILDI

Mingəçevirdə bədbəxt HADİSƏ: 34 yaşlı kişini “tok” vurdu

Mingəçevirdə bədbəxt HADİSƏ: 34 yaşlı kişini “tok” vurdu

ADNSU-da təntənəli “Məzun Günü” keçirildi - FOTO/VİDEO

ADNSU-da təntənəli “Məzun Günü” keçirildi - FOTO/VİDEO

Kseniya Sobçak Səfərov qardaşlarının qətlindən DANIŞDI: “Sonra təəccüblənirik ki, bizi sevmirlər”

Kseniya Sobçak Səfərov qardaşlarının qətlindən DANIŞDI: “Sonra təəccüblənirik ki, bizi sevmirlər”

İranda dolların məzənnəsi YÜKSƏLDİ

İranda dolların məzənnəsi YÜKSƏLDİ

Məhkəmə "Sputnik Azərbaycan" işi üzrə saxlanılan şəxslər barəsində QƏRAR ÇIXARDI

Məhkəmə "Sputnik Azərbaycan" işi üzrə saxlanılan şəxslər barəsində QƏRAR ÇIXARDI

"Əl-Nəsr"in hücumçusu "Fənərbağça"ya KEÇİR

"Əl-Nəsr"in hücumçusu "Fənərbağça"ya KEÇİR

Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ

Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ

End of content

No more pages to load

RADİO