Yekaterinburqda azərbaycanlılarla bağlı məhkəmə prosesinə JURNALİSTLƏR BURAXILMIR

Yekaterinburqda azərbaycanlıların işi üzrə keçirilən məhkəmə prosesi mətbuat nümayəndələrinin iştirakı olmadan keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə “RIA Novosti” agentliyinin müxbiri Leninsk Rayon Məhkəməsinin zalından məlumat verib.

Məhkəmə nəzarətçilərinin mətbuata verdiyi məlumata görə, jurnalistlərin iştirakına qadağa qərarı əvvəlki gün verilib. Onlara yalnız məhkəmə qərarının elan olunması mərhələsində iştirak etməyə icazə veriləcək.
 

Xatırladaq ki, 27 iyun tarixində səhər saat 5 radələrində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Yekaterinburq şəhərində müxtəlif ünvanlarda əməliyyatlar keçirib. Bu ünvanlarda Azərbaycanın Ağdam rayonundan olan və Rusiya vətəndaşlığı daşıyan Səfərovlar ailəsinin üzvləri yaşayırdı.


Əməliyyat nəticəsində qardaşlar Hüseyn və Ziyəddin Səfərovlar döyülərək öldürülüb, daha 8 nəfər, o cümlədən ölənlərin qardaşı Bəkir Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İstintaqın versiyasına görə, təqsirləndirilən şəxslər Uralın paytaxtında — Yekaterinburqda 2001, 2010 və 2011-ci illərdə törədilmiş bir sıra qətl və qətlə cəhd hadisələrinə “əlaqəli” olublar.

Azərbaycan diasporunun nümayəndələrinin kütləvi şəkildə saxlanılmasından bir neçə gün sonra Rusiya hüquq-mühafizə orqanları yeni ittihamlarla çıxış ediblər.

Dövlətə bağlı KİV-lər, o cümlədən “RIA Novosti” və RBK, bəzi saxlanılan şəxslərin 2021-ci ildə Sverdlovsk vilayətində baş vermiş saxta spirtli içkidən zəhərlənmə hadisəsinə də guya əlaqədar olduqlarını iddia edir. Həmin hadisə nəticəsində 44 nəfər həyatını itirmişdi.

Hüquq-mühafizə orqanlarındakı mənbələr bildirirlər ki, “təchizatın təşkilatçıları” saxlanılan şəxslərdən bəziləri ola bilər. Lakin qeyd etmək lazımdır ki, həmin iş üzrə artıq məhkəmə prosesi baş tutub və günahkarlar həbs cəzası alıblar. Dörd ildən sonra yeni saxlanılan şəxsləri həmin hadisəyə bağlamaq cəhdləri ciddi suallar və ittihamların saxtalaşdırılması ilə bağlı şübhələr doğurur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət

İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət

Xankəndi sammitə hazırlaşır: Bir neçə ölkənin prezidentləri Qarabağa gəlirlər – FOTO

Xankəndi sammitə hazırlaşır: Bir neçə ölkənin prezidentləri Qarabağa gəlirlər – FOTO

“Şvıdkoyun qərəzli fikirləri təəccüb doğurur” - Rəsmi Bakıdan sərt CAVAB

“Şvıdkoyun qərəzli fikirləri təəccüb doğurur” - Rəsmi Bakıdan sərt CAVAB

Rusiyada Su-27 qırıcısı qəzaya uğradı

Rusiyada Su-27 qırıcısı qəzaya uğradı

İDDİA: AZAL təyyarəsinin vurulma əmrini Rusiya Müdafiə Nazirliyi verib – SENSASİON SƏS YAZISI - VİDEO

İDDİA: AZAL təyyarəsinin vurulma əmrini Rusiya Müdafiə Nazirliyi verib – SENSASİON SƏS YAZISI - VİDEO

Yağış yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Yağış yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

II Qareginin BİZNES ŞƏBƏKƏSİ – Paşinyanın əsl hədəfi katolikosun MİLYONLARIDIR?

II Qareginin BİZNES ŞƏBƏKƏSİ – Paşinyanın əsl hədəfi katolikosun MİLYONLARIDIR?

Gəncədə 51 yaşlı qadın evində yıxılaraq HƏYATINI İTİRDİ

Gəncədə 51 yaşlı qadın evində yıxılaraq HƏYATINI İTİRDİ

Ansu Fati “Monako”ya keçdi - RƏSMİ

Ansu Fati “Monako”ya keçdi - RƏSMİ

Bu ölkə ilə viza rejimi qismən ləğv edildi

Bu ölkə ilə viza rejimi qismən ləğv edildi

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi – SİYAHI

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi – SİYAHI

Simonyan: “Ermənistanda Rusiya televiziya kanallarının yayımı dayandırılacaq”

Simonyan: “Ermənistanda Rusiya televiziya kanallarının yayımı dayandırılacaq”

Şimali Koreya Ukraynada ölən əsgərlərini DƏFN ETDİ

Şimali Koreya Ukraynada ölən əsgərlərini DƏFN ETDİ

İşğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların SAYI

İşğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların SAYI

SON DƏQİQƏ! Rusiya Azərbaycana nota verdi

SON DƏQİQƏ! Rusiya Azərbaycana nota verdi

“Qarabağ”ın sabiq futbolçusu “Araz Naxçıvan”da

“Qarabağ”ın sabiq futbolçusu “Araz Naxçıvan”da

Bu il qızılcaya neçə nəfər YOLUXUB? - RƏSMİ AÇIQLAMA

Bu il qızılcaya neçə nəfər YOLUXUB? - RƏSMİ AÇIQLAMA

Bakıda rusiyalı cinayətkarların saxlanılmasının ANBAAN VİDEOSU

Bakıda rusiyalı cinayətkarların saxlanılmasının ANBAAN VİDEOSU

Bəylər Əyyubovun yerinə təyin olunan Fərid Əsgərova general-mayor RÜTBƏSİ VERİLDİ – FOTO

Bəylər Əyyubovun yerinə təyin olunan Fərid Əsgərova general-mayor RÜTBƏSİ VERİLDİ – FOTO

Ali Məhkəmədən saxta pul hazırlayan şəxslə bağlı QƏRAR

Ali Məhkəmədən saxta pul hazırlayan şəxslə bağlı QƏRAR

Gəncədə məcburi köçkünlər üçün hüquqi maarifləndirmə tədbiri keçirilib – FOTO/VİDEO

Gəncədə məcburi köçkünlər üçün hüquqi maarifləndirmə tədbiri keçirilib – FOTO/VİDEO

Qadın sürücü ödənişli yolda avtomobili aşırdı – FOTO

Qadın sürücü ödənişli yolda avtomobili aşırdı – FOTO

SON DƏQİQƏ! Bakıda Rusiya vətəndaşlarından ibarət iki cinayətkar dəstə saxlanıldı - FOTO/VİDEO

SON DƏQİQƏ! Bakıda Rusiya vətəndaşlarından ibarət iki cinayətkar dəstə saxlanıldı - FOTO/VİDEO

2006 müəllim keçid balını toplaya bilməyib – RƏSMİ

2006 müəllim keçid balını toplaya bilməyib – RƏSMİ

End of content

No more pages to load

RADİO