Ukrayna dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına Kanadadan təxminən 1,7 milyard dollar alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat yayıb.
Şmıqalın sözlərinə görə, bu vəsait ERA təcili kreditləşdirmə proqramı çərçivəsində ayrılıb. O bildirib ki, ilin əvvəlindən bəri Kiyev ümumilikdə təxminən 17,6 milyard dollar xarici yardım alıb.
Bizim.Media