Suriyanın İsraildən TƏLƏBİ: “Qoşunlarınızı ərazimizdən çıxarın”

Suriya İsraildən ölkənin cənub hissəsindən hərbi qüvvələrini çıxarmağı tələb edir. 

Bizim.Media xəbər verir ki, bu barədə Livanın LBCI telekanalı məsələyə yaxın mənbələrə istinadən məlumat yayıb. 

Bildirilib ki, Suriyada yeni rəhbərliklə İsrailin baş naziri Benyamin Netanyahu arasında görüş ehtimalı da istisna edilmir.

Suriya-İsrail danışıqlarında iştirak edən suriyalı mənbənin sözlərinə görə, iki ölkə arasında əlaqələrin yaranması mühüm əhəmiyyət daşıya bilər. O bildirib ki, Suriya “Hizbullah”, “İslami Cihad” və HƏMAS kimi təşkilatların fəaliyyətinə qarşıdır. Suriyanın İsrail qarşısında irəli sürdüyü əsas tələb – cənubdakı İsrail qoşunlarının çıxarılmasıdır.

Həmin mənbə onu da vurğulayıb ki, Qolan təpələri ilə bağlı məsələ – hansı ki, həm Suriya, həm də İsrail bu əraziyə iddialıdır – hazırda müzakirə mövzusu deyil:

"Hazırda Qolan təpələri problemi ümumiyyətlə müzakirə olunmur. Bu barədə danışmaq hələ tezdir. Burada əsas həlledici qüvvə ABŞ-dır", – deyə mənbə bildirib.
 

Məlumata görə, BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək sessiyasında Suriya lideri Əhməd əş-Şaraanın İsrail baş naziri Netanyahu ilə görüşü mümkün hesab olunur.


Bundan əlavə, Suriya tərəfi yaxın gələcəkdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Dəməşqə tarixi səfərinə hazırlaşır. Bu səfər ərəb dünyasında Suriyanın diplomatik təcridinin sona çatdığına dair daha bir əlamət kimi qiymətləndirilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

10 yaşlı gimnastın vətənpərvərlik nümayişi — FOTO

10 yaşlı gimnastın vətənpərvərlik nümayişi — FOTO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi AÇIQLANDI

“Beşiktaş” onunla yollarını AYIRDI

“Beşiktaş” onunla yollarını AYIRDI

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı AÇIQLAMA

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı AÇIQLAMA

Milli Qəhrəmanın anasının arzusu REALLIĞA ÇEVRİLDİ – FOTO

Milli Qəhrəmanın anasının arzusu REALLIĞA ÇEVRİLDİ – FOTO

Rusiyadan Azərbaycana gətirilən soğan halqasında bakteriya aşkarlandı – FOTO

Rusiyadan Azərbaycana gətirilən soğan halqasında bakteriya aşkarlandı – FOTO

Şahbaz Şərif Azərbaycana GƏLİR

Şahbaz Şərif Azərbaycana GƏLİR

ADY: Qeyri-iş günlərində 65 minə yaxın sərnişin daşınıb

ADY: Qeyri-iş günlərində 65 minə yaxın sərnişin daşınıb

MİQ imtahanının şərtləri AÇIQLANDI

MİQ imtahanının şərtləri AÇIQLANDI

Fransa polisinin əməlləri İFŞA EDİLDİ – Mülki şəxslərin ölümünə səbəb olublar

Fransa polisinin əməlləri İFŞA EDİLDİ – Mülki şəxslərin ölümünə səbəb olublar

Baş nazirdən Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı QƏRAR

Baş nazirdən Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı QƏRAR

Yekaterinburqda öldürülən qardaşların cənazələri Azərbaycana yola salındı – VİDEO

Yekaterinburqda öldürülən qardaşların cənazələri Azərbaycana yola salındı – VİDEO

SON DƏQİQƏ! Səfirimiz Rusiya XİN-ə ÇAĞIRILDI

SON DƏQİQƏ! Səfirimiz Rusiya XİN-ə ÇAĞIRILDI

Qaxda çoban itinin hücumuna məruz qalan şəxslərin SON DURUMU

Qaxda çoban itinin hücumuna məruz qalan şəxslərin SON DURUMU

Şuşada İƏT biznes forumu KEÇİRİLƏCƏK

Şuşada İƏT biznes forumu KEÇİRİLƏCƏK

"Sputnik Azərbaycan"ın əməkdaşlarının saxlanılmasının ANBAAN VİDEOSU

"Sputnik Azərbaycan"ın əməkdaşlarının saxlanılmasının ANBAAN VİDEOSU

“Neftçi”nin qapıçısı Rumıniya klubu ilə RAZILIĞA GƏLDİ

“Neftçi”nin qapıçısı Rumıniya klubu ilə RAZILIĞA GƏLDİ

Bu şəxslərin maaşı ARTDI: 306 min... – QƏRAR

Bu şəxslərin maaşı ARTDI: 306 min... – QƏRAR

Bəylər Əyyubovun yerinə Fərid Əsgərov TƏYİN OLUNDU

Bəylər Əyyubovun yerinə Fərid Əsgərov TƏYİN OLUNDU

Büyükfırat ailəsində eyni gündə iki faciə - FOTO

Büyükfırat ailəsində eyni gündə iki faciə - FOTO

Bəylər Əyyubov Prezidentin Katibliyinin rəisi TƏYİN EDİLDİ

Bəylər Əyyubov Prezidentin Katibliyinin rəisi TƏYİN EDİLDİ

Daha bir legioner “Sabah”dan GETDİ

Daha bir legioner “Sabah”dan GETDİ

Ərdoğan Azərbaycana GƏLƏCƏK

Ərdoğan Azərbaycana GƏLƏCƏK

Agentlik sahibkarları günahlandırdı – Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

Agentlik sahibkarları günahlandırdı – Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

End of content

No more pages to load

RADİO