ABŞ kəşfiyyat xidmətləri İran rəsmilərinin telefon danışığına qulaq asaraq onların ABŞ-ın İslam Respublikasının nüvə obyektlərinə endirdiyi zərbələrin gözlənildiyi qədər güclü və dağıdıcı olmadığını müzakirə etdiklərini müəyyənləşdirib.
Bizim.Media xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Nəşrin mənbələrinin bildirdiyinə görə, yüksək vəzifəli İran rəsmiləri bu zərbələrin niyə əvvəlcədən ehtimal edildiyi qədər genişmiqyaslı və dağıdıcı olmadığı barədə fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail “Yüksələn Aslan” (ing. Uprising Lion) adlı əməliyyata başlayaraq İranın nüvə və hərbi obyektlərinə zərbələr endirib.
Buna cavab olaraq İran “Doğru Vəd – 3” adlı əməliyyata start verib və İsraildəki hərbi hədəfləri atəşə tutub.
İyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri də İrana qarşı hücuma qoşulub. ABŞ prezidenti Donald Trampın açıqlamasına görə, hücum zamanı İranın üç nüvə obyekti, o cümlədən Fordo uranın zənginləşdirilməsi zavodu hədəfə alınıb. İki gün sonra isə Ağ Evin rəhbəri İran və İsrailin atəşkəs barədə razılığa gəldiyini bildirib.
Bizim.Media