Türkiyə mediası Yekaterinburqdakı hadisələrdən yazdı - FOTO

Türkiyənin aparıcı qəzetləri, telekanalları, informasiya agentlikləri və xəbər saytları Yekaterinburqda hüquq-mühafizə orqanlarının etnik azərbaycanlılara qarşı zorakılıq və işgəncələr tətbiq etdiyi faciəli hadisələri geniş işıqlandırıb.

Bizim.Media xəbər verir ki, milyonlarla tamaşaçı və oxucuya Rusiya hüquq-mühafizə orqanlarının qanunsuz hərəkətlərinə Bakının verdiyi reaksiyadan, o cümlədən, Rusiya dövlət və özəl qurumlarının xətti ilə keçirilməsi planlaşdırılan bütün mədəni tədbirlərin ləğvindən bəhs edilib.

Türkiyə mediası Azərbaycanın Rusiyaya göndərdiyi etiraz notasından da söz açıb, Bakı ilə Moskva arasındakı gərginliyin səbəblərinə dair ekspert rəylərinə yer verib.

“Haber Global” telekanalı Rusiyanı “tarixən etnik diskriminasiya siyasəti aparan ölkə” adlandırıb, Yekaterinburqda OMON-un hərəkətlərini isə “azərbaycanlıların həyatına son qoyan qalmaqal” kimi dəyərləndirib.

Xəbər kanalı həmçinin, Səfərovlar ailəsinin bir üzvünün sözlərini sitat gətirib. Həmin şəxs onlara qarşı amansız davranıldığını və “Ukraynaya cəbhəyə göndərilməklə” hədələndiklərini deyib.

“Hüquqşünas və politoloqların fikrincə, Sverdlovsk vilayətində baş verənlər şovinizm və ksenofobiyanın nəticəsidir. Yekaterinburqdakı hadisələr Rusiyada azərbaycanlılarla bağlı son bir il ərzində baş verən ilk belə hadisə deyil”, – deyə “Haber Global”ın reportajında qeyd olunub.

Reportajda, həmçinin 2024-cü ilin dekabrında Qroznı səmasında AZAL sərnişin təyyarəsinin vurulmasına Rusiya hakimiyyətinin reaksiyası da xatırladılıb.

“AZAL təyyarəsinin qəzaya uğramasından sonra Rusiyada anti-Azərbaycan əhval-ruhiyyəsi daha da gücləndi. Azərbaycanın ədalətin təmin olunması ilə bağlı mövqeyini sındırmaq, insidenti ört-basdır etmək cəhdləri oldu. Lakin nəticə əksinə oldu. Bakıda hadisənin daha qətiyyətlə araşdırılması tələb edildi”, – deyə telekanal vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Sabah” Rumıniya klubu ilə heç-heçə etdi - FOTO

“Sabah” Rumıniya klubu ilə heç-heçə etdi - FOTO

Ukraynalı jurnalist: Dinc insanlara qarşı terror Rusiya üçün adi hala çevrilib

Ukraynalı jurnalist: Dinc insanlara qarşı terror Rusiya üçün adi hala çevrilib

Hulusi Kılıç Yekaterinburq insidenti HAQDA: “Məhkəmədənkənar cəza faktları qəbul edilməzdir”

Hulusi Kılıç Yekaterinburq insidenti HAQDA: “Məhkəmədənkənar cəza faktları qəbul edilməzdir”

Paşinyan-kilsə savaşı necə bitəcək? - Ermənistanda xaos pik həddə - VİDEO

Paşinyan-kilsə savaşı necə bitəcək? - Ermənistanda xaos pik həddə - VİDEO

Aparıcı Lətafət Ələkbərovanın qızı xəstəxanaya düşdü

Aparıcı Lətafət Ələkbərovanın qızı xəstəxanaya düşdü

Bakını susuz qoyan kəmər: Hər il orada niyə qəza baş verir?

Bakını susuz qoyan kəmər: Hər il orada niyə qəza baş verir?

SEPAH-ın Kəşfiyyat İdarəsinin İraqdakı ofisi yanır

SEPAH-ın Kəşfiyyat İdarəsinin İraqdakı ofisi yanır

Tramp Maskı “əla oğlan” adlandırdı

Tramp Maskı “əla oğlan” adlandırdı

Pakistanda daşqınlar: 45 nəfər həyatını itirdi

Pakistanda daşqınlar: 45 nəfər həyatını itirdi

Çin yeni silah yaratdı

Çin yeni silah yaratdı

Türkiyə mediası Yekaterinburqdakı hadisələrdən yazdı - FOTO

Türkiyə mediası Yekaterinburqdakı hadisələrdən yazdı - FOTO

Günay: "Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Günay: "Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Gəncədə qonşular arasında dava: Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava: Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Varlı insanlar "TikTok"u almağa hazırdır - Tramp

Varlı insanlar "TikTok"u almağa hazırdır - Tramp

Qaxda çoban iti sakinlərə hücum etdi - Durumları ağırdır

Qaxda çoban iti sakinlərə hücum etdi - Durumları ağırdır

“Guya polisi görəndə qardaşlarımın ürəyi partlayıb” - VİDEO

“Guya polisi görəndə qardaşlarımın ürəyi partlayıb” - VİDEO

Daha 6 futbolçu “İmişli”ni tərk etdi

Daha 6 futbolçu “İmişli”ni tərk etdi

İstanbulda dənizdə çimmək qadağan edildi

İstanbulda dənizdə çimmək qadağan edildi

Messinin komandası darmadağın oldu - VİDEO

Messinin komandası darmadağın oldu - VİDEO

Xamenei: "ABŞ heç nə edə bilmədi"

Xamenei: "ABŞ heç nə edə bilmədi"

İranın hava məkanı bu tarixədək bağlı qalacaq

İranın hava məkanı bu tarixədək bağlı qalacaq

İşıqlarımız bir də heç vaxt sönməyəcək - VİDEO

İşıqlarımız bir də heç vaxt sönməyəcək - VİDEO

Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmir? - VİDEO

Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmir? - VİDEO

Rusiya Azərbaycana açıq düşmənçilik edir - VİDEO

Rusiya Azərbaycana açıq düşmənçilik edir - VİDEO

End of content

No more pages to load

RADİO