Rusiya Paşinyanı niyə devirmək istəyir? - VİDEO

“İrəvan son bir neçə həftədir siyasi böhranla üz-üzədir. Həftələrdir İrəvan Paşinyan-Katalikos 2-ci Qaregin qarşıdurmasına səhnə olur. Onların münasibəti hələ 2-ci Qarabağ müharibəsindən sonra pozulub. Paşinyanı məğlubiyyətdə ittiham edən Qaregin onun istefasını istəyirdi.

Paşinyan isə kilsə rəhbərini əvvəlki hökumətlə əlaqələrinə görə cinayətkar adlandırır”.

Bizim.Media xəbər verir ki, bu fikirlər İctimai TV-də yayımlanan “Yekun xəbər” proqramında yer alıb.

Aparıcının sözlərinə görə, Ermənistanda kilsə dindən başqa hər şeylə məşğul olub:

“Erməni keşişlər hətta terroru dəstəkləməkdən də çəkinməyib. Bu işdə dəstəkçiləri isə erməni diasporu olub. Hazırkı baş nazir-katalikos gərginliyinin iştirakçıları da elə Rusiyadan idarə olunanlardır. Bir müddət əvvəl kilsəyə yaxınlığı ilə seçilən rus-erməni iş adamı Samvel Karapetyan həbs edildi. O, hakimiyyətin ələ keçirilməsində cəhddə ittiham olunur.

Bunun ardından küçə etirazlarının lideri Baqrat Qalstanyan da saxlanıldı. Bu o Baqratdır ki, ötən il Azərbaycanla sərhədlərin müəyyənləşməsinə etiraz edir və Paşinyanı istefaya səsləyirdi.

Onun da Moskvadan idarə olunduğu deyilirdi. Paşinyanın sözlərinə görə, Ermənistanda dövlət çevrilişinin qarşısı alınıb. Bu cəhdin arxasında isə Kreml dayanır.

Moskva Paşinyanın söylədiklərinə açıq münasibət bildirməsə də, baş verənləri Ermənistanın daxili məsələsi adlandırır. Əslində isə Ermənistanı heç cür tərk etmək istəməyən Rusiyanın bu ölkədə qalmaq üçün hər şeyi edəcəyi inandırıcı görünür. Bir sözlə, Ermənistanda siyasi mübarizənin kəskin mərhələsi başlayıb. Bu mübarizə artıq şəxsi müstəviyə və təhqirə də keçib.

Məlumdur ki, Ermənistanda revanşist qüvələr kifayət qədərdir. Onlar Azərbaycanla sülh əvəzinə, yeni müharibə eşqi ilə alışıb yanırlar. Paşinyan indi o revanşistləri bir-bir zərərsizləşdirir. Təbii ki, baş nazir bunu öz poztunu qorumaq üçün edir. Amma hesab edilir ki, Paşinyan-katalikos qarşıdurması Ermənistan cəmiyyətində parçalanmaya səbəb ola, Azərbaycanla sülh danışıqlarına təsir edə bilər. Bəs, Paşinyan bu mübarizədə hara qədər gedəcək? İndi əsas sual budur”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aparıcı Lətafət Ələkbərovanın qızı xəstəxanaya düşdü

Aparıcı Lətafət Ələkbərovanın qızı xəstəxanaya düşdü

Bakını susuz qoyan kəmər: Hər il orada niyə qəza baş verir?

Bakını susuz qoyan kəmər: Hər il orada niyə qəza baş verir?

SEPAH-ın Kəşfiyyat İdarəsinin İraqdakı ofisi yanır

SEPAH-ın Kəşfiyyat İdarəsinin İraqdakı ofisi yanır

Tramp Maskı “əla oğlan” adlandırdı

Tramp Maskı “əla oğlan” adlandırdı

Pakistanda daşqınlar: 45 nəfər həyatını itirdi

Pakistanda daşqınlar: 45 nəfər həyatını itirdi

Çin yeni silah yaratdı

Çin yeni silah yaratdı

Türkiyə mediası Yekaterinburqdakı hadisələrdən yazdı - FOTO

Türkiyə mediası Yekaterinburqdakı hadisələrdən yazdı - FOTO

Günay: "Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Günay: "Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Gəncədə qonşular arasında dava: Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava: Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Varlı insanlar "TikTok"u almağa hazırdır - Tramp

Varlı insanlar "TikTok"u almağa hazırdır - Tramp

Qaxda çoban iti sakinlərə hücum etdi - Durumları ağırdır

Qaxda çoban iti sakinlərə hücum etdi - Durumları ağırdır

“Guya polisi görəndə qardaşlarımın ürəyi partlayıb” - VİDEO

“Guya polisi görəndə qardaşlarımın ürəyi partlayıb” - VİDEO

Daha 6 futbolçu “İmişli”ni tərk etdi

Daha 6 futbolçu “İmişli”ni tərk etdi

İstanbulda dənizdə çimmək qadağan edildi

İstanbulda dənizdə çimmək qadağan edildi

Messinin komandası darmadağın oldu - VİDEO

Messinin komandası darmadağın oldu - VİDEO

Xamenei: "ABŞ heç nə edə bilmədi"

Xamenei: "ABŞ heç nə edə bilmədi"

İranın hava məkanı bu tarixədək bağlı qalacaq

İranın hava məkanı bu tarixədək bağlı qalacaq

İşıqlarımız bir də heç vaxt sönməyəcək - VİDEO

İşıqlarımız bir də heç vaxt sönməyəcək - VİDEO

Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmir? - VİDEO

Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmir? - VİDEO

Rusiya Azərbaycana açıq düşmənçilik edir - VİDEO

Rusiya Azərbaycana açıq düşmənçilik edir - VİDEO

“Atan kazaklardır” – Rusiyada baş verənlər 100 il sonra da mövcud olan rasizmin təzahürüdür

“Atan kazaklardır” – Rusiyada baş verənlər 100 il sonra da mövcud olan rasizmin təzahürüdür

Xalq artisti Yekaterinburqda yaşananlardan DANIŞDI: “Sarsıntı içərisindəyik” - VİDEO

Xalq artisti Yekaterinburqda yaşananlardan DANIŞDI: “Sarsıntı içərisindəyik” - VİDEO

Rusiya Paşinyanı niyə devirmək istəyir? - VİDEO

Rusiya Paşinyanı niyə devirmək istəyir? - VİDEO

İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu Ağdamda keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu Ağdamda keçiriləcək

End of content

No more pages to load

RADİO