Kremlin Azərbaycana “təşəkkürü” – Yekaterinburq SİNDROMU

Bəzən elə suallar olur ki, cavabını hamı bilir, amma heç kim demək istəmir. Yekaterinburqda azərbaycanlıların evlərinə silahlı basqın, zorla polis şöbələrinə aparılma, sorğu-sualsız işgəncə və hətta ölüm halları sadəcə kriminal hadisə deyil.

Bu, sistemli bir mesajdır. Və bu mesajda ən böyük ünvan Azərbaycandır.

Niyə məhz azərbaycanlılar?

Rusiyada hər gün qətllər olur, cinayətlər baş verir, hüquq-mühafizə orqanlarının qəddarlığı günbəgün artır. Amma bu dəfə niyə xüsusi olaraq azərbaycanlılar seçilib?

Bu, sadəcə kriminal hadisə deyil. Bu, etnik kodlu siyasi jestdir.

Amma gəlin, bu günə təkcə bugünün gözü ilə baxmayaq.

1990-cı ilin Qanlı Yanvarı – Sovet ordusunun Bakıya daxil olub, yüzlərlə dinc vətəndaşı qətlə yetirməsi.

1992-ci ildə Xocalı soyqırımı – Rusiya ordusunun 366-cı motoatıcı alayının birbaşa iştirakı ilə törədilən ən böyük vəhşiliklərdən biri.

2024-cü ilin sonu – AZAL-ın Baku-Qroznı reysi ilə hərəkət edən sərnişin təyyarəsinin Rusiyada vurulması, günahsız insanların həyatına son qoyulması. Və 2025-ci ildə azərbaycanlı deputatın Rusiyaya buraxılmaması. Guya “təhlükə” yaradıb.

Dövlət səviyyəsində hörmətsizlik və aşağılama aktı.

Bu, sadəcə hadisələr zənciri deyil. Bu, bir sistemin zaman-zaman yenilənən versiyasıdır. Əvvəl adı sovet idi, indi isə postimperial Rusiya.

Azərbaycan nə etdi?

Azərbaycan bütün bunlara baxmayaraq, sanksiyalar dövründə Rusiyaya qarşı heç bir düşmən mövqedə dayanmadı. Ermənistan Roma statutuna qoşulduğu halda, Azərbaycan Moskvanın əleyhinə getmədi.

Kreml yaxşı bilir ki, Azərbaycanın demək olar ki, bütün məktəblərində rus dili tədris olunur, rus icması təhlükəsiz və rahat yaşayır.

Amma cavab nə oldu?

– Yekaterinburqda azərbaycanlılara qarşı işgəncə, ölüm və zorakılıq

– Azərbaycan təyyarəsinin vurulması

– Azərbaycan deputatının Rusiyaya buraxılmaması

– Ermənistan təbliğatının rus kanallarında yer alması

– Sosial şəbəkələrdə Azərbaycana qarşı təhqiramiz yazılar

Kreml bütün bunları görmür.

Sual isə sadədir: bu, tərəfdaş münasibətidir, yoxsa gizli düşmənçilik?

Azərbaycan 2020-ci ildə 44 günlük Zəfərlə, 2023-cü ildə birgünlük antiterror əməliyyatı ilə göstərdi ki, artıq diktə altında yaşamır. Qarabağ və Şərqi Zəngəzurda yeni həyat başlayır, yeni iş yerləri açılır, qayıdış davam edir.

Bu gün Rusiyadan geri dönən azərbaycanlılar üçün Vətən həm güclü, həm də ümidli görünür.

Rusiyanın çayxanalardan ibarət “iş bazarı” onsuz da millətimizin əllərinə yaraşmır.

Kreml bilməlidir: Azərbaycan artıq o Azərbaycan deyil

İndi qorxmur, susmur, əmr qəbul etmir. Hər dəfə bu milləti əzməyə çalışanların hər addımı bumeranq kimi öz üzərinə qayıdır. Tarix bunu sübut edib, siyasət də sübut edəcək.

Azərbaycan dövləti bu gün təmkinlə susursa, bu, qorxudan deyil. Bu, ölçülmüş və ağıllı səbrdir.

Amma hər səbrin də bir həddi var.

Kreml özünün “dostluq” anlayışını nəzərdən keçirməlidir. Və bilməlidir ki, Azərbaycan dövləti də, xalqı da cavab verməyi bacarır.

Babək Göyüş, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp Maskı “əla oğlan” adlandırdı

Tramp Maskı “əla oğlan” adlandırdı

Pakistanda daşqınlar: 45 nəfər həyatını itirdi

Pakistanda daşqınlar: 45 nəfər həyatını itirdi

Çin yeni silah yaratdı

Çin yeni silah yaratdı

Türkiyə mediası Yekaterinburqdakı hadisələrdən yazdı - FOTO

Türkiyə mediası Yekaterinburqdakı hadisələrdən yazdı - FOTO

Günay: "Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Günay: "Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Gəncədə qonşular arasında dava: Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava: Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Varlı insanlar "TikTok"u almağa hazırdır - Tramp

Varlı insanlar "TikTok"u almağa hazırdır - Tramp

Qaxda çoban iti sakinlərə hücum etdi - Durumları ağırdır

Qaxda çoban iti sakinlərə hücum etdi - Durumları ağırdır

“Guya polisi görəndə qardaşlarımın ürəyi partlayıb” - VİDEO

“Guya polisi görəndə qardaşlarımın ürəyi partlayıb” - VİDEO

Daha 6 futbolçu “İmişli”ni tərk etdi

Daha 6 futbolçu “İmişli”ni tərk etdi

İstanbulda dənizdə çimmək qadağan edildi

İstanbulda dənizdə çimmək qadağan edildi

Messinin komandası darmadağın oldu - VİDEO

Messinin komandası darmadağın oldu - VİDEO

Xamenei: "ABŞ heç nə edə bilmədi"

Xamenei: "ABŞ heç nə edə bilmədi"

İranın hava məkanı bu tarixədək bağlı qalacaq

İranın hava məkanı bu tarixədək bağlı qalacaq

İşıqlarımız bir də heç vaxt sönməyəcək - VİDEO

İşıqlarımız bir də heç vaxt sönməyəcək - VİDEO

Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmir? - VİDEO

Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmir? - VİDEO

Rusiya Azərbaycana açıq düşmənçilik edir - VİDEO

Rusiya Azərbaycana açıq düşmənçilik edir - VİDEO

“Atan kazaklardır” – Rusiyada baş verənlər 100 il sonra da mövcud olan rasizmin təzahürüdür

“Atan kazaklardır” – Rusiyada baş verənlər 100 il sonra da mövcud olan rasizmin təzahürüdür

Xalq artisti Yekaterinburqda yaşananlardan DANIŞDI: “Sarsıntı içərisindəyik” - VİDEO

Xalq artisti Yekaterinburqda yaşananlardan DANIŞDI: “Sarsıntı içərisindəyik” - VİDEO

Rusiya Paşinyanı niyə devirmək istəyir? - VİDEO

Rusiya Paşinyanı niyə devirmək istəyir? - VİDEO

İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu Ağdamda keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu Ağdamda keçiriləcək

Yevlaxda ağır qəza: Yük avtomobili beton dirəyə çırpıldı - FOTO

Yevlaxda ağır qəza: Yük avtomobili beton dirəyə çırpıldı - FOTO

Şəkidə “Mercedes” piyadanı vuraraq ÖLDÜRDÜ

Şəkidə “Mercedes” piyadanı vuraraq ÖLDÜRDÜ

“Deyəsən İranda səfirləri başqa-başqa yerlərdən idarə edirlər” - VİDEO

“Deyəsən İranda səfirləri başqa-başqa yerlərdən idarə edirlər” - VİDEO

End of content

No more pages to load

RADİO