Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Azərbaycanın Rus icması Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib.

Bizim.Media xəbər verir ki, bu barədə icmanın bəyanatında deyilir.

Bəyanatda xatırladılır ki, iyunun 27-də Yekaterinburqda hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətləri nəticəsində Azərbaycanəsilli vətəndaşlar – Azərbaycan və Rusiya vətəndaşları həlak olub və xəsarət alıblar.
 

“Azərbaycanın Rus icması həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və baş verənlərlə bağlı ciddi narahatlığını ifadə edir. Biz vəzifəli şəxslər tərəfindən hər hansı qanunsuz və qeyri-mütənasib, xüsusilə də insanların ölümünə səbəb olan hərəkətləri qətiyyətlə pisləyirik.


Cinayətkarlıqla mübarizə vacib vəzifədir, lakin o, qanun çərçivəsində, hər kəsin hüquq və ləyaqətinə hörmətlə aparılmalıdır. İnsan tələfatına səbəb olan güc tətbiqi hüquqi dövlətdə yolverilməzdir. Yekaterinburqdakı hadisələr fonunda xüsusilə narahatedicidir ki, hakimiyyətin ayrı-ayrı nümayəndələrinin məsuliyyətsiz hərəkətləri səbəbindən müttəfiq və dostluq əlaqələri ilə bağlı olan dövlətlər arasındakı münasibətlər zərər çəkir”, – icma bildirib.

Bəyanatda vurğulanır ki, xüsusilə Rusiyanın tarixi və mədəni əlaqələri olan xalqlara qarşı qəddarlıq və ayrı-seçkiliyin təzahürləri məyusedicidir:

“Biz cinayətkarlıqla mübarizə bəhanəsi ilə etnik qrupların damğalanmasına qəti şəkildə qarşıyıq. Anlayışların dəyişdirilməsi və "etnik cinayətkarlıq" terminindən istifadə bərabərlik və millətlərarası etimadın əsaslarını sarsıdan təhlükəli presedentdir. Azərbaycanda insanlara qarşı belə qəddar davranış təsəvvüredilməzdir. Burada dövlətdən tutmuş cəmiyyətə qədər bütün səviyyələrdə rus mədəniyyətinə və dilinə hörmətlə yanaşılır. Rus məktəbləri, teatrları, mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Rusdilli vətəndaşlar özlərini cəmiyyətin tam hüquqlu üzvü hiss edirlər. Son ayların hadisələri getdikcə daha narahatedici tendensiya formalaşdırır.

Əvvəllər bizi Qazaxıstanın Aktau şəhərində Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları" aviaşirkətinin “Embraer 190” sərnişin təyyarəsinin qəzaya uğraması faciəsi sarsıtmışdı. O zaman həm də Azərbaycan vətəndaşları həlak olmuş və xəsarət almışdılar. İndiyədək Rusiyanın rəsmi strukturlarından nə üzrxahlıq, nə də aydın izahat gəlməyib. Belə susqunluq dost dövlətin vətəndaşlarının həyatına və ləyaqətinə etinasızlıq kimi qəbul edilir. Azərbaycanın Rus icması Yekaterinburqda baş verənlərin obyektiv və şəffaf araşdırılmasına çağırır. Biz əminik ki, aşkarlıq, ədalət və insan həyatına hörmət böhranın aradan qaldırılması və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi üçün əsas olmalıdır”. (axar.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakını susuz qoyan kəmər: Hər il orada niyə qəza baş verir?

Bakını susuz qoyan kəmər: Hər il orada niyə qəza baş verir?

SEPAH-ın Kəşfiyyat İdarəsinin İraqdakı ofisi yanır

SEPAH-ın Kəşfiyyat İdarəsinin İraqdakı ofisi yanır

Tramp Maskı “əla oğlan” adlandırdı

Tramp Maskı “əla oğlan” adlandırdı

Pakistanda daşqınlar: 45 nəfər həyatını itirdi

Pakistanda daşqınlar: 45 nəfər həyatını itirdi

Çin yeni silah yaratdı

Çin yeni silah yaratdı

Türkiyə mediası Yekaterinburqdakı hadisələrdən yazdı - FOTO

Türkiyə mediası Yekaterinburqdakı hadisələrdən yazdı - FOTO

Günay: "Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Günay: "Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Gəncədə qonşular arasında dava: Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava: Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Varlı insanlar "TikTok"u almağa hazırdır - Tramp

Varlı insanlar "TikTok"u almağa hazırdır - Tramp

Qaxda çoban iti sakinlərə hücum etdi - Durumları ağırdır

Qaxda çoban iti sakinlərə hücum etdi - Durumları ağırdır

“Guya polisi görəndə qardaşlarımın ürəyi partlayıb” - VİDEO

“Guya polisi görəndə qardaşlarımın ürəyi partlayıb” - VİDEO

Daha 6 futbolçu “İmişli”ni tərk etdi

Daha 6 futbolçu “İmişli”ni tərk etdi

İstanbulda dənizdə çimmək qadağan edildi

İstanbulda dənizdə çimmək qadağan edildi

Messinin komandası darmadağın oldu - VİDEO

Messinin komandası darmadağın oldu - VİDEO

Xamenei: "ABŞ heç nə edə bilmədi"

Xamenei: "ABŞ heç nə edə bilmədi"

İranın hava məkanı bu tarixədək bağlı qalacaq

İranın hava məkanı bu tarixədək bağlı qalacaq

İşıqlarımız bir də heç vaxt sönməyəcək - VİDEO

İşıqlarımız bir də heç vaxt sönməyəcək - VİDEO

Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmir? - VİDEO

Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmir? - VİDEO

Rusiya Azərbaycana açıq düşmənçilik edir - VİDEO

Rusiya Azərbaycana açıq düşmənçilik edir - VİDEO

“Atan kazaklardır” – Rusiyada baş verənlər 100 il sonra da mövcud olan rasizmin təzahürüdür

“Atan kazaklardır” – Rusiyada baş verənlər 100 il sonra da mövcud olan rasizmin təzahürüdür

Xalq artisti Yekaterinburqda yaşananlardan DANIŞDI: “Sarsıntı içərisindəyik” - VİDEO

Xalq artisti Yekaterinburqda yaşananlardan DANIŞDI: “Sarsıntı içərisindəyik” - VİDEO

Rusiya Paşinyanı niyə devirmək istəyir? - VİDEO

Rusiya Paşinyanı niyə devirmək istəyir? - VİDEO

İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu Ağdamda keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu Ağdamda keçiriləcək

Yevlaxda ağır qəza: Yük avtomobili beton dirəyə çırpıldı - FOTO

Yevlaxda ağır qəza: Yük avtomobili beton dirəyə çırpıldı - FOTO

End of content

No more pages to load

RADİO