Yekaterinburqda iyunun 27-də saxlanılan Əhliman Gənciyevi dəyənəklə döyüb, "elektroşok"la işgəncə veriblər.
Bizim.Media xəbər verir ki, bunu Gənciyevin vəkili İlkin Əmirov bildirib.
MÖVZU İLƏ BAĞLI:
Rusiyada azərbaycanlıların qətlinin PƏRDƏARXASI - VİDEO
Vəkil müvəkkilinin döyülüb, işgəncə veriləndən sonra xəstəxanaya belə yerləşdirildiyini söyləyib:
"Biz hesab edirik ki, müvəkkilim törədilmiş cinayətlə heç bir əlaqəsi yoxdur. O, günahsızdır. O, hətta işgəncələrdən sonra belə etiraf etməyib və etməyəcək".
Hüquqşünas qeyd edib ki, cinayət işinin araşdırılması üzrə ümumilikdə 15 nəfərə yaxın adam saxlanılıb, iki şübhəli öldürülüb:
"Biz sübut edəcəyik ki, həmin şəxslər xroniki xəstəliklərdən deyil, məhz işgəncə nəticəsində həyatlarını itiriblər". (Apa.az)
Bizim.Media