Yekaterinburq məhkəməsi 1963-cü il təvəllüdlü Akif Səfərov barəsində 22 günlük həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.
Bizim.Media xəbər verir ki, o, şübhəli şəxs qismində tanınıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiyada azərbaycanlıların qətlinin PƏRDƏARXASI - VİDEO
Xatırladaq ki, bundan öncə Yekaterinburqda zor tətbiq edilməklə saxlanılan doqquz azərbaycanlı ilə bağlı məhkəmə prosesində Məzahir Səfərov barəsində də 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
O və daha bir neçə azərbaycanlı sifarişli qətllərdə ittiham olunur.
Qeyd edək ki, məhkəmə prosesində Azərbaycanın Yekaterinburqdakı baş konsulunun vəzifəsini icra edən Şöhrət Mustafayev və Yekaterinburqdakı Azərbaycan diasporuna rəhbərlik edən “Azərbaycan-Ural” ictimai təşkilatının sədri Şahin Şıxlinski də iştirak edirlər.
Bizim.Media