Ukraynalı FPV (First Person View) dron operatorları məqsədli şəkildə yaralanmış rus əsgərlərini və onları döyüş zonasından çıxarmağa çalışan tibb işçilərini izləyir və üzərlərinə dəqiq zərbələr endirirlər.
Bizim.Media xəbər verir ki, bu barədə “Dnepr” qruplaşmasının hərbi hospitalında çalışan və “Klaus” çağırış adı ilə tanınan tibb bacısı “RIA Novosti” agentliyinə danışıb.
Onun sözlərinə görə, evakuasiya qruplarında iştirak edən bəzi hərbçilər özləri də tezliklə hospitalın pasiyentlərinə çevrilirlər.
“Onlar (ukraynalı dron operatorları) xüsusi olaraq hədəf seçir: yaralı rus döyüşçülərini və tibb briqadasını izləyib FPV dronları ilə vururlar. Evakuasiya qrupu gələn kimi, dərhal hücum başlayır. Həmin tibb işçiləri də hospitala gətirilən yaralılar arasında olur,” – deyə Klaus bildirib.
Bizim.Media