Rusiya İstintaq Komitəsinin sədri Bastrıkin azərbaycanlıların iştirakı ilə bağlı iş üzrə hesabat tələb edib.
Bizim.Media xəbər verir ki, bu barədə İstintaq İdarəsi məlumat yayıb.
Bildirilib ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Sverdlovsk vilayəti üzrə İstintaq İdarəsinin rəhbərinin səlahiyyətlərini icra edən Andrey Nabitova vəziyyətlə bağlı ətraflı hesabat hazırlamağı tapşırıb.
Bu işin xüsusi nəzarətə götürülməsi barədə qərar, saxlanılma və ölüm halları ilə bağlı məlumatların geniş ictimai rezonans doğurmasından sonra qəbul edilib.
Bizim.Media