Rusiya İstintaq Komitəsinin regional idarəsi Sverdlovsk vilayətində azərbaycanlıların kütləvi şəkildə saxlanılması ilə bağlı açıqlama yayıb.
Bizim.Media xəbər verir ki, bəyanatda bildirilir ki, Sverdlovsk vilayətində “qətllər və qəsdən adam öldürməyə cəhd”lərlə bağlı etnik cinayətkar qrupun üzvləri saxlanılıb.
İstintaqın məlumatına görə, saxlanılan şəxslər “bir sıra ağır cinayətlərdə, o cümlədən əvvəlcədən əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qətllər və sifarişli qətllərdə” iştirak ediblər.
“Cinayət işləri üzrə bəzi təqsirləndirilən şəxslər törətdikləri əməllərini etiraf edib və hüquq-mühafizə orqanları ilə əməkdaşlığa razılaşıblar. Onların yaşadıqları ünvanlarda axtarışlar aparılacaq. Saxlanılan şəxslərin barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır.
Cinayət işi üzrə sübutların toplanması istiqamətində istintaq hərəkətləri davam etdirilir,” – deyə qurumun mətbuat xidməti qeyd edib.
Bizim.Media