Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”

Yekaterinburqda azərbaycanlılara hücum və soydaşlarımızın qətlə yetirilməsi hansısa “şovinist qruplar”ın yox, birbaşa Rusiya hakimiyyətinin həyata keçirdiyi aktdır. Hücumu Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) həyata keçirib.

Rəsmi iddiaya görə, “məqsəd keçmişdə baş vermiş cinayətin araşdırılması” olub. Söhbət 24 il əvvəl – 2001-ci ildə Səfərov qardaşlarının kafesində baş vermiş hadisədən gedir. Hərçənd ki, 24 il əvvəlin hadisəsinə əsasən azərbaycanlıların evlərinə edilən hücum və soydaşlarımızı döyə-döyə qətlə yetirilməsi Rusiyada qeyri-ruslara qarşı şovinizmin və diskriminasiyanın ən yüksək səviyyədə olduğundan xəbər verir.

Eyni zamanda, azərbaycanlılara qarşı törədilən hücumların sırf siyasi məqsədlərinə diqqət çəkir.

Hücuma məruz qalmış Səfərovlar ailəsinin üzvü Məhəmməd Səfərov deyir ki, onlara “ya Ukraynada müharibəyə getməlisiniz, ya da sizi öldürəcəyik” deyiblər. Təkcə bu fakt Rusiyanın Ukrayna müharibəsinə miqrant və qeyri-rus vətəndaşlarını cəlb etmək siyasətini ifşa edir.

Rusiyanın müharibədə ciddi itkilər verdiyi məlumdur. Son dövrlər Rusiya rəhbərliyi bu itkiləri kompensasiya etmək üçün miqrantları və qeyri-rus vətəndaşlarını səfərbərliyə cəlb etməyə çalışır.

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin də etiraf edir ki, Rusiya vətəndaşlığını almış 20 min nəfər Ukraynada döyüş bölgəsinə göndərilib:

“Hərbi istintaq idarəmiz reydlər keçirir. Cəbhə bölgəsinə getmək istəməyən, hətta hərbi komissarlığa gəlmək istəməyən 80 min Rusiya vətəndaşını saxlamışıq, onları hərbi qeydiyyata almışıq və artıq 20 min gənci cəbhə bölgəsinə göndərmişik”.

Rusiya Ukraynada müharibəyə əsgər cəlb etmək üçün sözün əsl mənasında “ova” çıxıb. Məlumatlara görə, Rusiyanın müvafiq orqanları vətəndaşlığı olan qeyri-rus əsilli insanlara çağırış vərəqəsi göndərir, yaxud həbs edərək, hərbi komissarlığa aparır. Onları “ya müharibəyə gedəcəksiniz, ya da pasportlarınızı alacağıq, haqqınızda cinayət işi açacağıq” təhdidi ilə şantaj edirlər. Bir çox hallarda isə saxlanılan şəxsləri müharibəyə getməyə razı salmaq üçün narkotik daşınması, cinayət törətməsi kimi ittihamlarla təhdid edirlər, hətta ailələrini həbs etməklə qorxudurlar.
 

Qorxu qarşısında müharibəyə getməyə razı olan şəxslər isə “top yemi”nə çevrilməsə və geri qayıtsa belə, kompensasiya ala bilmir, əvəzində cəbhənin başqa istiqamətlərinə göndərilirlər. Yekaterinburqda azərbaycanlılara edilən hücumun əsas səbəblərindən biri onları Rusiyanın işğalçı müharibəsinə qoşulmağa məcbur etmək məqsədi daşıyır. Bunu qəbul etməyən soydaşlarımız “OMON”çular tərəfindən qətlə yetirilir. Bu, qətl aktına görə məsuliyyətin birbaşa Rusiya rəhbərliyinin üzərinə düşməsi deməkdir.


Azərbaycanlılara edilən hücumların indi baş verməsinin arxasında Moskvanın rəsmi Bakıya təzyiq siyasətinin də dayandığını deyə bilərik. Çünki ötən ilin 25 dekabrında Bakı-Qroznı marşrutu ilə uçan AZAL-ın mülki təyyarəsi Çeçenistanda Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulandan sonra rəsmi Bakı baş vermiş hadisənin araşdırılması, cinayətkarların cəzalandırılması, kompensasiyanın ödənilməsi kimi haqlı tələblərindən geri çəkilmir. Məsələni ört-basdır etməyə çalışan Rusiya isə müxtəlif təzyiq yolları ilə Azərbaycanı geri addım atmağa məcbur etməyə çalışır. Misal üçün, Milli Məclisin deputatı Azər Badamovun Həştərxanda keçirilən tədbirə buraxılmaması və deportasiya edilməsi, Rusiya tərəfindən media resurslarımıza qarşı kiber hücumların edilməsi və s. belə addımlardandır.

Lakin Azərbaycan mülki təyyarəmizin vurulmasını unutmayıb və artıq məsələni beynəlxalq müstəviyə çıxarır. Rusiyada bunu həzm edə bilmirlər və görünür, rəsmi Bakının milli maraqlara əsaslanan müstəqil siyasətinin qarşısını soydaşlarımıza hücum etməklə almağa çalışırlar.

Rusiyada digər xalqlara qarşı ənənəvi diskriminasiya siyasəti mövcuddur. Lakin azərbaycanlılara hücum, ümumilikdə baş verən son hadisələr müsəlman xalqlarına, bu ölkədə yaşayan və ya ora gedən müsəlmanlara qarşı da açıq təzyiqlərə start verildiyini göstərir.

Görünən odur ki, Ukrayna bataqlığından çıxa bilməyən Rusiya düşüncəsiz formada “sağ-sola hücum etməklə” xilas olmağa çalışır. Lakin bu cür siyasət Rusiyanı daha dərin bataqlığa sürükləyə bilər.

Vasif Həsənli (Demokrat.az xəbər portalının baş redaktoru)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gecə yemək istəməyənlər OXUSUN - Tərgitmək üçün TÖVSİYƏLƏR

Gecə yemək istəməyənlər OXUSUN - Tərgitmək üçün TÖVSİYƏLƏR

Türkiyədə daş karxanasında UÇQUN - Ölənlər var

Türkiyədə daş karxanasında UÇQUN - Ölənlər var

Millimiz böyük hesabla Belarusa UDUZDU

Millimiz böyük hesabla Belarusa UDUZDU

Leyla Əliyeva və Arzu Əliyeva körpələr evini ziyarət etdi - VİDEO

Leyla Əliyeva və Arzu Əliyeva körpələr evini ziyarət etdi - VİDEO

Almaniya nüvə silahına çıxış əldə etmək İSTƏYİR

Almaniya nüvə silahına çıxış əldə etmək İSTƏYİR

Ən yaxşı həyat yoldaşı olacaq BÜRCLƏR: Onlar sizi aldatmayacaqlar

Ən yaxşı həyat yoldaşı olacaq BÜRCLƏR: Onlar sizi aldatmayacaqlar

Poqbanın “Monako”ya keçidi RƏSMİLƏŞDİ

Poqbanın “Monako”ya keçidi RƏSMİLƏŞDİ

Kürdəmirdə DƏHŞƏT: Ər arvadını qətlə yetirdi

Kürdəmirdə DƏHŞƏT: Ər arvadını qətlə yetirdi

İsrail ordusu HƏMAS-ın qurucularından birini ÖLDÜRDÜ

İsrail ordusu HƏMAS-ın qurucularından birini ÖLDÜRDÜ

Zamiq qazancını buna xərcləyir

Zamiq qazancını buna xərcləyir

Güləşçimiz Türkiyədə qızıl medal QAZANDI

Güləşçimiz Türkiyədə qızıl medal QAZANDI

Overçukun Azərbaycana səfəri LƏĞV OLUNDU - Yekaterinburqdakı hadisələrə görə

Overçukun Azərbaycana səfəri LƏĞV OLUNDU - Yekaterinburqdakı hadisələrə görə

“Neftçi”dən növbəti TRANSFER

“Neftçi”dən növbəti TRANSFER

İsrail ordusu Livana zərbə ENDİRDİ

İsrail ordusu Livana zərbə ENDİRDİ

Goranboyda əkin sahəsində kişi meyiti TAPILDI

Goranboyda əkin sahəsində kişi meyiti TAPILDI

Cümşüd tanınmış şirkətin əməkdaşı imiş - FOTO

Cümşüd tanınmış şirkətin əməkdaşı imiş - FOTO

İran hava məkanını AÇDI - Yalnız bu uçuşlar üçün…

İran hava məkanını AÇDI - Yalnız bu uçuşlar üçün…

Güləşçilərimiz Avropa çempionu oldular

Güləşçilərimiz Avropa çempionu oldular

Trampın xələfi öz oğlu OLA BİLƏR

Trampın xələfi öz oğlu OLA BİLƏR

Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynlidən açıqlama - VİDEO

Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynlidən açıqlama - VİDEO

Arıqlamağın çətin, kökəlməyin asan olmasının SİRRİ BİLİNDİ

Arıqlamağın çətin, kökəlməyin asan olmasının SİRRİ BİLİNDİ

Mahir “Kayzerslautern”dəki ilk oyununda QOL VURDU

Mahir “Kayzerslautern”dəki ilk oyununda QOL VURDU

Rusiya İstintaq Komitəsinin sədri azərbaycanlıların iştirakı ilə bağlı iş üzrə hesabat TƏLƏB EDİB

Rusiya İstintaq Komitəsinin sədri azərbaycanlıların iştirakı ilə bağlı iş üzrə hesabat TƏLƏB EDİB

Dilarə Əliyevanın qardaşı xəstəxanadan EVƏ BURAXILDI - FOTO

Dilarə Əliyevanın qardaşı xəstəxanadan EVƏ BURAXILDI - FOTO

End of content

No more pages to load

RADİO