Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti ilə görüşün təfərrüatlarını açıqlayıb.
Bizim.Media xəbər verir ki, o, Polşa Prezidenti Andjey Duda ilə birgə mətbuat konfransında Trampla görüşün yaxşı keçdiyini bildirib.
“Biz ilk növbədə “Patriot” sistemləri, səmanı necə qorumaq məsələləri, habelə danışıqlar prosesi ilə bağlı digər addımları müzakirə etdik. Sanksiyalar istiqaməti və sairə, uyğun sazişin imzalanmasından sonra ikitərəfli münasibətlərimiz də gündəmdə idi,” – deyə Zelenski qeyd edib.
O əlavə edib ki, danışıqların müdafiə, xarici işlər və digər nazirliklər səviyyəsində davam etdirilməsi barədə də razılıq əldə olunub.
Bizim.Media