Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “Toka” verdilər, elekroşokla vurdular…” - FOTO/VİDEO

“Qara maskalı”lar bizə dedilər ki, qol çəkib Ukrayna ilə müharibəyə getməlisiniz. Qol çəkməsəniz, sizin bütün bədəninizi qırıq-qırıq edəcəyik”.

Bizim.Media xəbər verir ki, bunu apa-ya açıqlamasında Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının basqınına və işgəncələrinə məruz qalan Vüqar Səfərov bildirib.

O, iyunun 27-də səhər saatlarında baş verən hadisənin təfərrüatlarını danışıb:

“Evdə yatmışdıq, səhər saat 5-də qapı döyüldü. Gördük ki, qapını qırırlar. Anam gəldi qapıya, qışqırdı ki, polislərdi. Anam onlardan sənədlərini göstərməsini istədi. Onlar qapını açmağı təkid etdilər. Maskada idilər. O anda gördüm ki, qapını lomla qırdılar. Anama bir şillə vurub, atdılar qırağa. Qaçdılar mənim, qardaşımın və atamın üstünə, bizi möhkəm döydülər. Hamımızı otaqda uzandırdılar yerə. Bizi elektroşokla vurdular. “Dubinka” ilə, “montirovka” ilə döyürdülər.
 

Evdəki stolları belimizdə qırdılar. Bizi bir saat döydülər. Döyəndən sonra əllərimizi qandalladılar, apardılar Frunze 74 ünvanındakı bölməyə… Yolda bizi, qardaşımla məni bir maşına, “Qazel”ə uzandırdılar, atamı başqa maşınlar apardılar. “Qazel” içi palçıq idi, yolda bizi məcbur edirdilər ki, maşının içindəki palçığı yeyək. Deyirdilər ki, bu palçığı sizə yedirdəcəyik. Yemədiyimizə görə döyürdülər. Bölməyə çatana kimi döydülər. Çatdıq, bizi qaldırdılar beşinci mərtəbəyə. Orda da həmin şiddəti tətbiq etdilər. “Toka” verdilər, elekroşokla vurdular. “Dubinka, “remen”lə vurdular.



İt yerinə qoymurdular. Bizi iki qardaş - mən və qardaşım Məhəmməd bir otaqdaydıq, atam Məzahir Səfərovu isə başqa yerə apardılar. Gördüm ki, atam qışqırır. Atama “tok” verirdilər.

Atam qışqırırdı ki, ürəyim xəstədi, ürəyimdə stend var. Atam elə dedikcə, onlar təhqir edib, ürəyinə “tok” verirdilər. Bizi axşama kimi saxlayıb, döydülər. Ayaz Səfərovu, Akif Səfərovu döyüb toka verdilər. Bir anda eşitdim ki, deyirlər ölənlər var. “İki nəfər öldü” deyirdilər.

Fikirləşdim ki, ay Allah, bu kimlərdi? Axşam saat 9 olardı, gördüm atama qışqırırlar ki, “Sənin qardaşlarını, oğlanlarını, hamını öldürəcəyik, günahını etiraf elə, imza at”.

Vüqar Səfərovun sözlərinə görə, onlara bildirilib ki, Ukrayna ilə müharibəyə getməlidirlər: “Bizə dedilər ki, indi idarədən gəlirlər, bizə SVO-ya (xüsusi hərbi əməliyyat-Ukrayna cəbhəsi-red) getməliyik. Müqavilə bağlayacağıq, qol çəkəcəksən. Müqaviləyə qol çəkməsən, sizi qırıq-qırıq edəcəyik. Qol çəksən, sizi səhər müharibəyə göndərəcəyik. Bu vaxt atam gəldi. Onun qabırğalarını qırmışdılar. Arxasında təcili tibbi yardım maşını çağırmışdılar. Atam dedi ki, sizi buraxacaqlar, evdəkilər sizə əmanət. Atam danışa bilmirdi, nəfəs ala bilmirdi. Atam onlardan soruşdu ki, 100 faiz uşaqlarımı, qardaşlarımı buraxacaqsınız, dedilər “hə”. Bizi buraxdılar, amma əmimgili buraxmadılar. Çıxanda da eşitdim ki, iki əmim rəhmətə gedib”.

V. Səfərov onlara işgəncə verənlərin özlərini təqdim etmədiklərini, “Rosqvardiya”nın binasına apardıqlarını söyləyib: “Biz idarədən çıxanda yeriyə bilmirdik. Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu gəlmişdi. Onlarla birlikdə oradan çıxdıq”.

V. Səfərov qohumları Kamal Qədimalı oğlu Səfərovun hazırda xəstəxanada olduğunu da bildirib:

“Kamalın da ürəyində stend var. Ona o qədər “tok” veriblər ki, vəziyyəti pisləşib.

Götürüb aparıb ürək xəstəxanasında əməliyyat etdiriblər. İndi polislər onun yanındadır.

Dediklərinə görə, əməliyyatdan sonra ayılıb. Başqa heç kəsdən xəbər yoxdur”.

V. Səfərov bu hadisə nəticəsində iki nəfərin, əmiləri Ziyəddin və Hüseyn Səfərovların öldüyünü bildirib. Onun sözlərinə görə, dörd nəfər də hazırda xəstəxanadadırlar: “Onlardan birinin adı Əzizdir, Biləsuvar rayonundandır. Digərinin adı isə Əhlimandır. O isə Masallı rayonundandır. O birilərini isə tanımıram”.

Apa.az Səfərovlar ailəsinin bəzi üzvlərinin, eləcə də digər azərbaycanlıların işgəncələrə məruz qalmalarının görüntülərini də əldə edib. Görüntlərdən aydın olur ki, həmin şəxslərə qarşı ağır işgəncə metodları tətbiq olunub.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gecə yemək istəməyənlər OXUSUN - Tərgitmək üçün TÖVSİYƏLƏR

Gecə yemək istəməyənlər OXUSUN - Tərgitmək üçün TÖVSİYƏLƏR

Türkiyədə daş karxanasında UÇQUN - Ölənlər var

Türkiyədə daş karxanasında UÇQUN - Ölənlər var

Millimiz böyük hesabla Belarusa UDUZDU

Millimiz böyük hesabla Belarusa UDUZDU

Leyla Əliyeva və Arzu Əliyeva körpələr evini ziyarət etdi - VİDEO

Leyla Əliyeva və Arzu Əliyeva körpələr evini ziyarət etdi - VİDEO

Almaniya nüvə silahına çıxış əldə etmək İSTƏYİR

Almaniya nüvə silahına çıxış əldə etmək İSTƏYİR

Ən yaxşı həyat yoldaşı olacaq BÜRCLƏR: Onlar sizi aldatmayacaqlar

Ən yaxşı həyat yoldaşı olacaq BÜRCLƏR: Onlar sizi aldatmayacaqlar

Poqbanın “Monako”ya keçidi RƏSMİLƏŞDİ

Poqbanın “Monako”ya keçidi RƏSMİLƏŞDİ

Kürdəmirdə DƏHŞƏT: Ər arvadını qətlə yetirdi

Kürdəmirdə DƏHŞƏT: Ər arvadını qətlə yetirdi

İsrail ordusu HƏMAS-ın qurucularından birini ÖLDÜRDÜ

İsrail ordusu HƏMAS-ın qurucularından birini ÖLDÜRDÜ

Zamiq qazancını buna xərcləyir

Zamiq qazancını buna xərcləyir

Güləşçimiz Türkiyədə qızıl medal QAZANDI

Güləşçimiz Türkiyədə qızıl medal QAZANDI

Overçukun Azərbaycana səfəri LƏĞV OLUNDU - Yekaterinburqdakı hadisələrə görə

Overçukun Azərbaycana səfəri LƏĞV OLUNDU - Yekaterinburqdakı hadisələrə görə

“Neftçi”dən növbəti TRANSFER

“Neftçi”dən növbəti TRANSFER

İsrail ordusu Livana zərbə ENDİRDİ

İsrail ordusu Livana zərbə ENDİRDİ

Goranboyda əkin sahəsində kişi meyiti TAPILDI

Goranboyda əkin sahəsində kişi meyiti TAPILDI

Cümşüd tanınmış şirkətin əməkdaşı imiş - FOTO

Cümşüd tanınmış şirkətin əməkdaşı imiş - FOTO

İran hava məkanını AÇDI - Yalnız bu uçuşlar üçün…

İran hava məkanını AÇDI - Yalnız bu uçuşlar üçün…

Güləşçilərimiz Avropa çempionu oldular

Güləşçilərimiz Avropa çempionu oldular

Trampın xələfi öz oğlu OLA BİLƏR

Trampın xələfi öz oğlu OLA BİLƏR

Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynlidən açıqlama - VİDEO

Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynlidən açıqlama - VİDEO

Arıqlamağın çətin, kökəlməyin asan olmasının SİRRİ BİLİNDİ

Arıqlamağın çətin, kökəlməyin asan olmasının SİRRİ BİLİNDİ

Mahir “Kayzerslautern”dəki ilk oyununda QOL VURDU

Mahir “Kayzerslautern”dəki ilk oyununda QOL VURDU

Rusiya İstintaq Komitəsinin sədri azərbaycanlıların iştirakı ilə bağlı iş üzrə hesabat TƏLƏB EDİB

Rusiya İstintaq Komitəsinin sədri azərbaycanlıların iştirakı ilə bağlı iş üzrə hesabat TƏLƏB EDİB

Dilarə Əliyevanın qardaşı xəstəxanadan EVƏ BURAXILDI - FOTO

Dilarə Əliyevanın qardaşı xəstəxanadan EVƏ BURAXILDI - FOTO

End of content

No more pages to load

RADİO