"SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask İranın Ali lideri Əli Xameneiyə sual ünvanlayıb.
Bizim.Media xəbər verir ki, o, "X" sosial şəbəkəsində Xameneinin səhifəsindəki paylaşımın altından şərh yazıb.
Mask İranın Ali liderinə, "ABŞ böyük şeytandır, yoxsa ən böyük şeytandır?" - deyə sual verib.
Qeyd edək ki, Xamenei paylaşımında İrana hücumun İsrail üçün ağır nəticələrə gətirib çıxaracağını bildirib.
Bizim.Media