Qlobal Cənub QHT Platforması Londonda İqlim İnnovasiya Forumunda iştirak edib - FOTO

Qlobal Cənub QHT Platforması Nyu-York və Bonndan sonra bu dəfə təmasları Londonda davam etdirib.

Bizim.Media xəbər verir ki, Qlobal Cənub QHT Platformasının müvəqqəti Baş katibi Ramil İskəndərli 2025-ci il iyunun 25-26-da Londonda “İqlim İnnovasiya Forumu - 2025”də iştirak edib.

London İqlim Fəaliyyəti Təşkilatının təşəbbüsü ilə tarixi “Guildhall” Sarayında keçirilmiş Foruma dünyanın biznes, maliyyə, vətəndaş cəmiyyəti elitasından 2000 nəfərdən çox təmsilçi qatılıb.
 

Toplantıda Böyük Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiya üzrə dövlət katibi Ed Miliband, COP29 Prezidenti, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Braziliyanın ətraf mühit və iqlim dəyişmələri naziri Marina Silva, Böyük Britaniyanın iqlim üzrə xüsusi nümayəndəsi Reyçel Kayt, London meri Sadıq Xan, COP29-un yüksək səviyyəli çempionu Nigar Arpadarai və digər şəxslər çıxış edib.


Forum çərçivəsində “Təbiətə müsbət yanaşma: təhlükəsiz və ədalətli gələcəyə keçid” adlı nəşrin təqdimatı da baş tutub. Təqdimat mərasimində Qlobal Cənub QHT Platformasının bu xüsusda fəaliyyəti diqqət mərkəzində olub. Müvəqqəti Baş katib Ramil İskəndərli deyib ki, “bu əsərin müəlliflərinin baxışı bizim baxışımızla üst-üstə düşür: bu hamı üçün ədalətli, inklüziv və davamlı gələcəyi təmin etmək baxışıdır. İqlim dəyişmələrinə ən çox məruz qalan Qlobal Cənub regionu təbiətə əsaslanan müsbət keçid prosesinin mərkəzində dayanmalıdır.

 

Biz Qlobal Cənubda təbiətə əsaslanan həllər üçün genişmiqyaslı, inklüziv və riskləri azaldılmış ədalətli maliyyələşmənin təmin olunmasında maraqlıyıq. Platformamız iqlim fəaliyyətinə dair qərarlar zamanı Qlobal Cənubun vətəndaş cəmiyyəti təsisatlarının rəyinin gözardı edilməməsinə çağırır. Qlobal Cənub QHT Platforması bu işə töhfə verməkdə, dialoq məkanı olmaqda davam edəcək. Bu, iqlim maliyyəsinin ədalətli, ləyaqətlə və etimad prinsipləri əsasında bölüşdürülməsi deməkdir”.



Xatırladaq ki, 2025-ci aprelin 28-də 116 ölkədən QHT-lərin iştirakı ilə Bakıda təsis edilmiş Qlobal Cənub QHT Platformasının ilk yan tədbiri iyunun 19-da Almaniyada keçirilib.


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Yardımçı Orqanlarının 62-ci sessiyası (SB62) çərçivəsində Bonnda “Ədalətli dünya naminə birləşmək: bərabər iqlim həlləri üçün Cənub-Cənub həmrəyliyi və tərəfdaşlıqlarının gücləndirilməsi” adlı yan tədbirdə 32 ölkədən 47 QHT təmsilçisi, iqlim fəalları iştirak edib.

Ramil İskəndərli deyib ki, Bonn müzakirələri zamanı götürülmüş qeydləri Qlobal Cənub QHT Platforması Londonda keçirilmiş “İqlim İnnovasiya Forumu - 2025”də səsləndirib.

Son 2 ay ərzində Qlobal Cənub QHT Platformasının Nyu York, Bonn, London təmasları göstərir ki, bu Platforma Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərinin aradan qaldırılması, daha inklüziv və effektiv dialoqu inkişaf etdirmək, etimad quruculuğu işinə töhfə vermək üçün əzmlə çalışır.

Qeyd edək ki, 2025-ci il mayın 29-da Nyu Yorkda BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (The United Nations Office for South-South Cooperation (UNOSSC)) direktoru Dima Al-Khatib də Qlobal Cənub QHT Platformasının yaradılmasını alqışladığını bəyan edib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Beren Saat: “Bihter mənim də ürəyimdədir” - VİDEO

Beren Saat: “Bihter mənim də ürəyimdədir” - VİDEO

Yay aylarında sərinləməyin 7 effektiv yolu

Yay aylarında sərinləməyin 7 effektiv yolu

“Karvan” yeni mövsümün hazırlığına başladı

“Karvan” yeni mövsümün hazırlığına başladı

İlon Mask: "ABŞ böyük şeytandır, yoxsa ən böyük şeytan?" - FOTO

İlon Mask: "ABŞ böyük şeytandır, yoxsa ən böyük şeytan?" - FOTO

Azərbaycanlı jurnalistin qardaşları Rusiyada öldürüldü

Azərbaycanlı jurnalistin qardaşları Rusiyada öldürüldü

“Youtube” bu tarixdə yaş məhdudiyyəti tətbiq ediləcək

“Youtube” bu tarixdə yaş məhdudiyyəti tətbiq ediləcək

Saakaşvili: Paşinyan mənim islahatlarımı təkrarlayır

Saakaşvili: Paşinyan mənim islahatlarımı təkrarlayır

19 yaşlı gənc ana qızını çox ağladığı üçün öldürdü

19 yaşlı gənc ana qızını çox ağladığı üçün öldürdü

Qusarda dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi BİLİNDİ

Qusarda dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi BİLİNDİ

Xarkovda heykəltaraş Seyfəddin Qurbanovun xatirə lövhəsinin açılışı olub - FOTO

Xarkovda heykəltaraş Seyfəddin Qurbanovun xatirə lövhəsinin açılışı olub - FOTO

Kadırovun oğlu evlənir

Kadırovun oğlu evlənir

Rusiyanın "Su-34" qırıcıları məhv edildi

Rusiyanın "Su-34" qırıcıları məhv edildi

Rihanna atasını buna görə itiribmiş

Rihanna atasını buna görə itiribmiş

İsrail İranın itkilərini açıqladı: 30 təhlükəsizlik rəsmisi və 11 nüvə alimi öldürüldü

İsrail İranın itkilərini açıqladı: 30 təhlükəsizlik rəsmisi və 11 nüvə alimi öldürüldü

Böyük dəyişikliklər yaşamaq üzrə olan 5 BÜRC

Böyük dəyişikliklər yaşamaq üzrə olan 5 BÜRC

Boşanma uşaqlarda ölüm riskini 55 faiz artırır – ARAŞDIRMA

Boşanma uşaqlarda ölüm riskini 55 faiz artırır – ARAŞDIRMA

Naxçıvanda qandonduran hadisə: Siqaret üstündə dostunu öldürdü

Naxçıvanda qandonduran hadisə: Siqaret üstündə dostunu öldürdü

“Azərreyl” braziliyalı voleybolçu transfer etdi

“Azərreyl” braziliyalı voleybolçu transfer etdi

Ermənistanda arxiyepiskop Mikael Acapaxyan saxlanıldı

Ermənistanda arxiyepiskop Mikael Acapaxyan saxlanıldı

Uşaqlıqdan Avropa çempionluğunu söz verən Rəsul Əlizadə:"Sarkisyanla ilk döyüşüm ən çətin oldu" - VİDEO

Uşaqlıqdan Avropa çempionluğunu söz verən Rəsul Əlizadə:"Sarkisyanla ilk döyüşüm ən çətin oldu" - VİDEO

Azərbaycanda sabit tarif dövrü başlayır: Kim nə qədər ÖDƏYƏCƏK...

Azərbaycanda sabit tarif dövrü başlayır: Kim nə qədər ÖDƏYƏCƏK...

Xameneinin yerini bilsəm də “alçaldıcı ölümdən” qurtardım – Tramp

Xameneinin yerini bilsəm də “alçaldıcı ölümdən” qurtardım – Tramp

Yığmamız Ermənistana qalib gəldi

Yığmamız Ermənistana qalib gəldi

Vəliəhd şəhzadə üç zorlamada şübhəli bilinir

Vəliəhd şəhzadə üç zorlamada şübhəli bilinir

End of content

No more pages to load

RADİO