Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

Azərbaycan bu ilin yanvar-aprel aylarında Türkiyəyə 3 milyard 715,07 milyon kubmetr təbii qaz ixrac edib.

Bizim.Media bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Şurasına (EPDK) istinadla xəbər verir.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % artım deməkdir. Bu dövrdə ixracın 3 milyard 609,35 milyon kubmetri uzunmüddətli müqavilələrlə, 105,72 milyon kubmetri isə spot bazar mexanizmi ilə təmin olunub.

Təkcə apreldə Türkiyəyə 999,83 milyon kubmetr qaz ixrac edilib. Bu, ötən ilin aprel ayı ilə müqayisədə cüzi — 0,09 % azalma deməkdir. Bu həcmin 956,46 milyon kubmetri uzunmüddətli müqavilələr əsasında, 43,37 milyon kubmetri isə spot razılaşmalar çərçivəsində çatdırılıb.

Aprel ayında Türkiyənin ümumi qaz idxalı 4 milyard 60,82 milyon kubmetr təşkil edib — bu, illik müqayisədə 69,54 % artımdır. İdxalın 90,04 %-i (3 milyard 656,17 milyon kubmetr) boru kəmərləri, 9,96 %-i (404,65 milyon kubmetr) isə mayeləşdirilmiş təbii qaz (LNG) vasitəsilə həyata keçirilib.
 

Həmin ayda Azərbaycan Türkiyənin qaz idxalında 24,62 %-lik payla ikinci sırada qərarlaşıb. Birinci yerdə 44,81 %-lə Rusiya, üçüncü yerdə 17,41 %-lə İran, dördüncü yerdə isə ilk dəfə qaz ixrac edən Türkmənistan (3,19 %) yer alıb. Türkiyəyə qaz ümumilikdə altı ölkədən – Azərbaycan, Rusiya, İran və Türkmənistandan boru kəmərləri ilə, ABŞ və Əlcəzairdən isə LNG şəklində tədarük olunub.


Azərbaycan qazı Türkiyəyə əsasən “Şahdəniz” yatağının işlənməsinin birinci və ikinci mərhələləri çərçivəsində çatdırılır.

EPDK-nın açıqlamasına görə, 2024-cü ildə Azərbaycanın Türkiyəyə qaz ixracı 11 milyard 478,4 milyon kubmetrə çatıb ki, bu da 2023-cü illə müqayisədə 11,9 % artım deməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yay aylarında sərinləməyin 7 effektiv yolu

Yay aylarında sərinləməyin 7 effektiv yolu

“Karvan” yeni mövsümün hazırlığına başladı

“Karvan” yeni mövsümün hazırlığına başladı

İlon Mask: "ABŞ böyük şeytandır, yoxsa ən böyük şeytan?" - FOTO

İlon Mask: "ABŞ böyük şeytandır, yoxsa ən böyük şeytan?" - FOTO

Azərbaycanlı jurnalistin qardaşları Rusiyada öldürüldü

Azərbaycanlı jurnalistin qardaşları Rusiyada öldürüldü

“Youtube” bu tarixdə yaş məhdudiyyəti tətbiq ediləcək

“Youtube” bu tarixdə yaş məhdudiyyəti tətbiq ediləcək

Saakaşvili: Paşinyan mənim islahatlarımı təkrarlayır

Saakaşvili: Paşinyan mənim islahatlarımı təkrarlayır

19 yaşlı gənc ana qızını çox ağladığı üçün öldürdü

19 yaşlı gənc ana qızını çox ağladığı üçün öldürdü

Qusarda dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi BİLİNDİ

Qusarda dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi BİLİNDİ

Xarkovda heykəltaraş Seyfəddin Qurbanovun xatirə lövhəsinin açılışı olub - FOTO

Xarkovda heykəltaraş Seyfəddin Qurbanovun xatirə lövhəsinin açılışı olub - FOTO

Kadırovun oğlu evlənir

Kadırovun oğlu evlənir

Rusiyanın "Su-34" qırıcıları məhv edildi

Rusiyanın "Su-34" qırıcıları məhv edildi

Rihanna atasını buna görə itiribmiş

Rihanna atasını buna görə itiribmiş

İsrail İranın itkilərini açıqladı: 30 təhlükəsizlik rəsmisi və 11 nüvə alimi öldürüldü

İsrail İranın itkilərini açıqladı: 30 təhlükəsizlik rəsmisi və 11 nüvə alimi öldürüldü

Böyük dəyişikliklər yaşamaq üzrə olan 5 BÜRC

Böyük dəyişikliklər yaşamaq üzrə olan 5 BÜRC

Boşanma uşaqlarda ölüm riskini 55 faiz artırır – ARAŞDIRMA

Boşanma uşaqlarda ölüm riskini 55 faiz artırır – ARAŞDIRMA

Naxçıvanda qandonduran hadisə: Siqaret üstündə dostunu öldürdü

Naxçıvanda qandonduran hadisə: Siqaret üstündə dostunu öldürdü

“Azərreyl” braziliyalı voleybolçu transfer etdi

“Azərreyl” braziliyalı voleybolçu transfer etdi

Ermənistanda arxiyepiskop Mikael Acapaxyan saxlanıldı

Ermənistanda arxiyepiskop Mikael Acapaxyan saxlanıldı

Uşaqlıqdan Avropa çempionluğunu söz verən Rəsul Əlizadə:"Sarkisyanla ilk döyüşüm ən çətin oldu" - VİDEO

Uşaqlıqdan Avropa çempionluğunu söz verən Rəsul Əlizadə:"Sarkisyanla ilk döyüşüm ən çətin oldu" - VİDEO

Azərbaycanda sabit tarif dövrü başlayır: Kim nə qədər ÖDƏYƏCƏK...

Azərbaycanda sabit tarif dövrü başlayır: Kim nə qədər ÖDƏYƏCƏK...

Xameneinin yerini bilsəm də “alçaldıcı ölümdən” qurtardım – Tramp

Xameneinin yerini bilsəm də “alçaldıcı ölümdən” qurtardım – Tramp

Yığmamız Ermənistana qalib gəldi

Yığmamız Ermənistana qalib gəldi

Vəliəhd şəhzadə üç zorlamada şübhəli bilinir

Vəliəhd şəhzadə üç zorlamada şübhəli bilinir

Türkiyədə meşə yanır: 455 ailə təxliyə olundu

Türkiyədə meşə yanır: 455 ailə təxliyə olundu

End of content

No more pages to load

RADİO