Ukrayna Rusiya ərazisinə uzaqmənzilli zərbələrin sayını bir neçə dəfə artıracaq.
Bizim.Media xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rüstəm Umerov deyib.
O bildirib ki, ötən il Ukrayna on minlərlə uzaqmənzilli PUA əldə etmək üçün müqavilə bağlayıb və bu ona düşmən ərazisinin dərinliklərindəki kritik hədəflərə müntəzəm olaraq dəqiq zərbələr endirməyə imkan verib:
"Təxminən iki həftə əvvəl əməliyyatların sayının bir neçə dəfə artırılması barədə qərar qəbul edilib və zərbələrin intensivliyini, miqyasını artırmaq üçün on minlərlə yeni uzaqmənzilli pilotsuz uçan aparatlara dair müqavilə artıq hazırlanır". (axar.az)
Bizim.Media