"Rusiya Federasiyası və Ukraynanın memorandumları bir-birinə ziddir, lakin bu, təəccüblü deyil".
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
O qeyd edib ki, Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi vacibdir və bu, Moskva və Kiyev arasında problemlərin mahiyyətinin əsaslı şəkildə müzakirəsi üçün şərait yaradır.
Putinin sözlərinə görə, Rusiya Ukrayna ilə danışıqların üçüncü raunduna hazırdır:
"Rusiya Federasiyası daha 3000 Ukrayna əsgərinin cəsədini Kiyevə təhvil verməyəhazırdır.
Mübadilələr başa çatdıqdan sonra Rusiya Federasiyası və Ukrayna
təmasları davam etdirəcək".
Putin deyib ki, Rusiya Kiyevlə danışıqların növbəti raundunu İstanbulda keçirməyəhazırdır və Ərdoğana köməyə görə minnətdardır.
O qeyd edib ki, Rusiya ilə Ukrayna arasında nizamlanmaya dair memorandum layihəsidanışıqların üçüncü raundunda müzakirə mövzusu olmalıdır. O, Rusiya və Ukraynadan olan nümayəndələrin operativ təmasda olduqlarını vurğulayıb.
Qeyd edək ki, Moskva ilə Kiyev arasında İstanbul danışıqlarının birinci raundu bu ilinmay 16-da, ikinci raundu isə iyunun 2-də baş tutub. (Apa.az)
Bizim.Media