Tesla şirkətinin Şimali Amerika və Avropa üzrə satışlarına cavabdeh olan top-menecer Omid Afşar şirkətdən ayrılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Financial Times (FT) məlumat yayıb.
Qeyd olunur ki, Afşar bu vəzifəyə ötən il təyin olunmuşdu. Lakin o, 2017-ci ildən bəri Elon Musk ilə işləyirdi və onun ən yaxın etibar etdiyi şəxslərdən biri sayılırdı. Afşar bu müddət ərzində kütləvi ixtisarlar kimi çətin məsələlərin həllində fəal rol oynamışdı.
Bloomberg isə yazır ki, onun istefasının səbəbləri və gələcək planları barədə heç bir açıqlama verilməyib. Məlumata görə, bu xəbər şirkət daxilində bəzi əməkdaşlar arasında yayılıb.
FT-nin digər məlumatına əsasən, Teslanın Şimali Amerika bölməsinin insan resursları direktoru Jenna Ferroua da şirkəti tərk edib.
Bu istefalar Teslanın satış və mənfəət göstəricilərinin kəskin şəkildə azalması fonunda baş verib. Şirkət artan rəqabət, yeni modellərin olmaması və İlon Maskın siyasi fəaliyyəti ilə bağlı yaranan narahatlıqlarla üzləşib.
Maskın Donald Tramp administrasiyasında təmsil olunması və siyasi çıxışları sahilində narazılıqlara səbəb olub.
Qeyd edək ki, Teslanın 2025-ci ilin ilk rübündə xalis mənfəəti üç dəfə azalıb, avtomobil tədarükü isə 13 faiz geriləyib. May ayında isə şirkətin Avropa satışları 28 faiz aşağı düşüb. Həmin ay Mask Ağ Evdəki vəzifəsindən imtina edib, bu qərar isə Trumpla qarşıdurma ilə nəticələnib.
Bizim.Media