Ukraynalı qüvvələr demək olar ki, Xarkov vilayətində Rusiya artilleriyasına cavab atəşi açmağı dayandırıblar.
Bizim.Media xəbər verir ki, bu barədə RT-nin hərbi müxbiri Filip Prokudinlə müsahibəsində Rusiyanın 116-cı briqadasının D-30 haubitsa bölüyünün komandiri məlumat verib.
RT Telegram kanalında yayımlanan videoda qeyd olunur ki, Rusiya artilleriyaçıları mövqelərini ifşa etməmək üçün dəqiq və sürətli atəş taktikasına üstünlük verirlər.
Bildirilib ki, raket zərbələri bölgədə “buffer zona”nın genişlənməsinə şərait yaradır.
Bundan əvvəl isə məlum olmuşdu ki, Rusiyanın nəzarətində olan Xarkov vilayəti ərazilərində Ukrayna silahlı birləşmələri humanitar yardım məntəqələrinə və mülki obyektlərə hücumlar həyata keçirir.
Bizim.Media