İranla atəşkəsdən sonra İsrailin paytaxtı Təl-Əvivdə “ərəb ölkələri ilə normallaşma”nı göstərən plakatlar asılıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, İsraillə diplomatik əlaqələri olmayan Səudiyyə Ərəbistanı, Suriya, Oman və Livan liderlərinin ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu ilə çiyin-çiyinə olduğunu əks etdirən böyük bir plakat Tel-Əvivin mərkəzi bir yerindəki reklam lövhəsinə yerləşdirilib.
Regional Təhlükəsizlik Koalisiyası tərəfindən dərc edilən afişada İsraillə diplomatik əlaqələri olmayan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Suriya prezidenti Əhməd əş-Şara, Oman Sultanı Heysem bin Tariq və Livan prezidenti Cozef Avn Tramp və Netanyahu ilə çiyin-çiyinə yer alıb. Afişada həmçinin İsrailin tanınmasına qarşı çıxan Fələstin prezidenti Mahmud Abbas və Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Mərakeş liderləri də yer alıb. Afişada “Yeni Yaxın Şərq üçün bir şans” ifadəsi ilə diqqət çəkir.
Bizim Media