Məşhur rusiyalı aktyor, Xalq artisti Mixail Boyarski xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Lensovet" Teatrı yayıb.
Mənbə qeyd edir ki, Boyarski hazırda Sankt-Peterburqdakı Mariinski xəstəxanasının damar kardiologiyası şöbəsindədir.
Aktryorun oğlu Sergey isə deyib ki, atası ürəyinə stend qoyulduqdan sonra problemlərlə üzləşib.
Xatırladaq ki, Mixail Boyarski aprelin 14-də teatrda məşq zamanı yıxılaraq xəstəxanaya yerləşdirilib. Sənətçinin iştirakı ilə nəzərdə tutulan tamaşalar mövsümün sonuna kimi ləğv edilib.
Bizim.Media