F-35 qırıcılarının Türkiyəyə tədarükünə dair texniki danışıqlar başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niderland səfərindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, qeyd edib ki, Türkiyə F-35-lərdən imtina etməyib və haqsız yerə proqramdan kənarlaşdırılıb.
Ərdoğan bu məsələni ABŞ Prezidenti Donald Trampla da müzakirə etdiyini bildirib.
Bizim.Media