“Bu andan etibarən F, M və ya J kateqoriyalı qeyri-mühacir vizasına müraciət edən bütün şəxslərə sosial media hesablarının məxfilik ayarlarını “ictimai” (hamı üçün açıq) vəziyyətə gətirmələri tövsiyə olunur”.
Bizim.Media xəbər verir ki, bununla bağlı ABŞ-ın Azərbaycandakı Səfirliyi sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd olunub ki, bu, ABŞ qanunvericiliyinə uyğun olaraq onların şəxsiyyətinin və ölkəyə daxilolma hüququnun müəyyənləşdirilməsi üçün zəruri olan yoxlama prosesini asanlaşdırmaq məqsədi daşıyır. (Qafqazinfo.az)
Bizim.Media