İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əməkdaşları Xuzistan əyalətində 26 nəfəri İsraillə əməkdaşlıq ittihamı ilə həbs ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Azad İran" "Telegram" kanalı İran KİV-ə istinadən yayıb.
Məlumata görə, saxlanılan şəxslər təxribat fəaliyyətində, təhlükəsizliyə qarşı addımlarda və ictimai düşüncəni çaşdırmaqda ittiham ediliblər.
Axtarışlar zamanı rabitə, texniki və hərbi texnika ələ keçirilib.
Bizim.Media