İran polisi Tehran metrosunda İsrailə casusluqda şübhəli bilinən bir nəfəri saxlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Azad İran" "Telegram" kanalı yayıb.
Məlumata görə, axtarış zamanı onun elektron çipdən istifadə edərək hərbi və həssas obyektlərin koordinatlarını qeyd etdiyi, ivrit dilində təlimatlar aldığı və məlumatları naməlum nömrələrə ötürdüyü məlum olub.
Faktla bağlı rəsmi araşdırmalara başlanılıb.
Bizim.Media